Tramp COVID-19 səbəbi ilə dayandırdığı səfərlərinə yenidən başlayır

ABŞ Prezidenti Donald Tramp koronavirus (COVID-19) səbəbiylə dayandırdığı səyahətlərini yenidən başlayacağını açıqlayıb.
Kanal8 Anadolu Ajansına istinadən xəbər verir ki, Tramp, Ağ Evdə ABŞ iqtisadiyyatını yenidən açmaq üçün görüşdüyü sənaye rəhbərləri ilə keçirilən dəyirmi masada jurnalistlərin suallarını cavablandırıb.
Pandemiya səbəbiylə Ağ Evdən həftələrlə çıxa bilmədiyini qeyd edən Tramp: “Səfərlərimi çox tezliklə yenidən başlayıram. Gələn həftə Arizonaya getməyi planlaşdırıram. Bu səfəri səbirsizliklə gözləyirəm”,-deyə bildirib.
“Ümid edirəm ki, çox uzaq olmayan gələcəkdə yenidən bir çox insanın qatıldığı seçki mitinqləri keçirə biləcəyəm”,-deyə prezident əlavə edib.
Tramp, ABŞ-da davam edən peyvənd axtarışları barədə də danışıb:
“Virus yox olarsa, ehtimal ki, peyvəndə ehtiyac duymarıq. Lakin peyvənd tapılsa, əla olar”.
Bir jurnalistin: “Yaxşı, bu virusun peyvənd olmadan öz-özünə gedəcəyini düşünürsüz?” sualına, o:”Bu virus yox olacaq. Bir gün, tamamilə bizi tərk edəcək. Bu aradan qaldırılacaq”,-deyə cavab verib.
Digər xəbərlər
İlham Əliyev: Azad edilmiş torpaqların sülhün hökm sürdüyü məkana çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir
İşğal olunmuş ərazilərdə illər ərzində resursların qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması h...
Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Zakir Həsənov İsrailə səfər edib İsrailin müdafiə naziri İsrail Katz Tel-Əvivdə azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov ilə görüş...
Putin və Tramp bu axşam telefon danışığı aparacaqlar
Rusiya Prezidenti Vladimir Putin bu gün Moskva vaxtı ilə saat 17:00-da amerikalı həmkarı Donald Trampla telefon danışığı aparacaq. Bu barədə p...
Sergey Lavrov Ermənistana səfər edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 21-də Ermənistana rəsmi səfər edəcək. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Həmin gün Er...
Hikmət Hacıyev “X”dəki hesabında İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında İr...
İran XİN: Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik
İran uranın zənginləşdirilməsindən imtina etməyəcək. “Azad İran” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. O, ...
İlham Əliyev Tokayevə zəng edib
Azərbaycan Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. Kanal8 xəbər verir ki, dövlət başçısı Ka...
Kreml Putinlə Zelenski arasında görüşün mümkünlüyünə aydınlıq gətirib
Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü mümkündür. Bu barədə bu gün ölkə prezidentinin mətbuat kat...