Aprel 30, 2020

XİN Rusiyadan qayıtmaq istəyən azərbaycanlılarla müraciət etdi

“Qlobal sağlamlıq böhranı ilə bağlı yaranmış vəziyyətdə Azərbaycan hökuməti xarici ölkələrdə olan və geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə qaytarılması üçün təxirəsalınmaz tədbirləri görüb və tədbirlər hələ də davam etməkdədir”.

Kanal8 xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, hətta hazırkı xüsusi karantin rejimində xarici ölkələrdəki vətəndaşlarımız ölkəyə geri qaytarılır.

“Bildiyiniz kimi, Rusiya Federasiyasındakı vətəndaşlarımızın geri qayıtmasını təmin etmək üçün xüsusi portal yaradılıb, vətəndaşlarımızın onlayn qeydiyyatı həyata keçirilib. Ötən həftələrdə bir qrup vətəndaşımız, 548 nəfər ölkəyə qaytarılıb və Rusiyadakı digər vətəndaşlarımızın da Azərbaycana qaytarılması istiqamətində işlər aparılır. Lakin nəzərə almaq lazımdır ki, geri qayıdan hər bir vətəndaşımız karantində yerləşdirilir və bu proses karantin yerlərinin hazırlığı ilə bilavasitə əlaqəli şəkildə həyata keçirilir.

Tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciətlər edilib, ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri həmyerlilərimizə çağırış edib, onları anlayış göstərməyə səsləyib. Çünki hazırda vətəndaşlarımız qeydiyyatdan keçdikdən sonra onlara “Evə gedirəm” portalı vasitəsilə göndəriləcək məlumatı gözləməlidirlər, onların sərhəd-buraxılış məntəqəsinə getməsinə heç bir lüzum yoxdur. Əslində sərhəd məntəqəsinə getməklə vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlıqlarını təhlükəyə atırlar. Bir daha vurğulamaq istərdik ki, vətəndaşlarımızın ölkəyə gəlməsi ölkədəki karantin yerlərinin hazırlığına uyğun olaraq reallaşdırılır. Bu xüsusda, əlbəttə, həkimlərimizi də düşünməliyik, demək olar ki, fasiləsiz çalışan tibbi personalın əməyinə hörmət nümayiş etdirməliyik. Onu da nəzərə almaq lazımdır ki, digər ölkələrdə də müvəqqəti qalan və geri qayıtmaq istəyən vətəndaşlarımız var, onların da vətənə qaytarılması üzrə işlər görülür.

Sərhəd-buraxılış məntəqəsinə yığışmaq çıxış yolu deyil və hər bir vətəndaşımızın bunu anlaması vacibdir. Bir daha qeyd etmək istərdik ki, Hökumətimiz tərəfindən xarici ölkələrdəki vətəndaşlarımızın ölkəyə qaytarılması istiqamətində işlər Azərbaycandakı vəziyyətin inkişafına, karantin yerlərinin və müvafiq logistik təminatın hazırlığına uyğun olaraq, planlı şəkildə həyata keçiriləcəkdir”, – deyə XİN rəsmisi vurğulayıb.


Digər xəbərlər


İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə iyulun 12-də geniş tərkibdə görüşü olu...

Suriya Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Suriyanın “Sana” agentliyi xəbər verir. ...

Koreya hərbçiləri Rusiyaya kömək üçün döyüşürlər - Lavrov

“Koreya Xalq Demokratik Respublikası hərbçilərinin Kursk vilayətinin azad edilməsində iştirakı iki ölkə arasında münasibətlərin “məğl...

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edi...

“İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşünü uğurlu hesab edirik” - Ermənistan XİN

İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir.Bu barədə Ermənis...

Rusiya XİN: Lavrov və Rubio ikitərəfli gündəliyi və dünyadakı vəziyyəti müzakirə ediblər

Rusiya XİN başçısı Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio ikitərəfli gündəliyin bütün spektri və dünyada vəziyyətlə bağlı ətraflı fikir m...

Azərbaycan və Ermənistan dialoqu davam etdirməklə sərhədlərin delimitasiyasında irəliləyiş əldə edib - XİN

10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının...

Rəsmi Bakı: Azərbaycanla Ermənistan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəlib

BƏƏ-nin Əbu-Dabi şəhərində iyulun 10-da Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlət...