May 1, 2020

2,3 milyon şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə ümumilikdə 2,3 milyon nəfərə sosial təminat növləri üzrə ödənişlər edilib.

Nazirlikdən verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən bu istiqamətlər üzrə 27 faiz çox vəsait ödənilib.

Onlardan 1 milyon 270 min nəfərinə pensiya, 418 min nəfərinə müavinət, 298 min nəfərinə təqaüd ödənilib. Həmçinin 82 min 300 ailə üzrə 342 min ailə üzvünə aprel ayı üzrə ünvanlı sosial yardım ödənişi həyata keçirilib.

Qeyd edilən istiqamətlər üzrə aprel ayında sosial ödəniş alanların sayı ötən ilin aprel ayı ilə müqayisədə 7 faiz və ya 154 min nəfər çox olub.

Həmçinin aprel ayında həmin sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manatdan artıq vəsait xərclənib ki, bu da ötən ilin müvafiq göstəricinə nisbətən 27 faiz və ya 103 milyon manat çoxdur.


Digər xəbərlər


Daşınmaz əmlak qaydaları dəyişir, beh notariat qaydasında təsdiq ediləcək

Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi proseduru dəyişir....

Dərzi, bərbər, çalğıçı, rəqqas və toy aparıcılarının icbari tibbi sığortaya cəlb olunması ilə bağlı layihə qəbul edilib

Azərbaycanda toy aparıcıları, çalğıçılar, rəqqaslar, dərzilər və bərbərlərin icbari tibbi sığorta ilə əhatə olunması ilə bağlı “Tibbi sığorta haq...

Bu dövlət rüsumu ləğv edilir

Baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumu ləğv edilir. Kanal8 xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən icl...

Noyabrın 25-də bütün sosial yardımlar ödəniləcək

Noyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək...

Yaşayış minimumu haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Layihəni...

Pensiyaların 400 manat üzərində olması planlaşdırılır

“Azərbaycan öz sosialyönümlü siyasəti ilə əhalinin rifah halının yüksəldilməsi üçün öz hədəflərini müəyyən edir və həyata keçirir”. Bunu Milli...

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Mil...

2023-cü ildə müavinətlər, pensiyalar artırılacaq — Nazir AÇIQLAYIB

2023-cü ildə müavinətlər və pensiyalar artırılacaq. Kanal8 xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəs...