May 1, 2020

Böyük Vətən Müharibəsinin iştirakçıları təltif ediləcək – Sərəncam

Prezident İlham Əliyev mayın 1-də Böyük Vətən Müharibəsi iştirakçılarının “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1941–1945-ci illər Böyük Vətən Müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı Qüvvələrində xidmət etmiş şəxslər “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediləcəklər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalının və onun vəsiqəsinin hazırlanması ilə əlaqədar tədbirlər görəcək. Həmçinin yubiley medalı ilə təltif olunacaq şəxslərin siyahısının tərtib edilməsini və medalların təqdim olunmasını təmin edəcək.


Digər xəbərlər


Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, He...

Heydər Əliyev Mərkəzinin binası Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılacaq

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əl...

Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib

Fevralın 7-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərin...

Türkiyənin zəlzələ bölgəsində dənizin səviyyəsi qalxıb - Küçələri su basıb

Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb. Bu barədə “Habertürk” məlumat yayıb. Bildirili...

Vardanyan Qarabağdan Moskvaya qaçıb

Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan ...

Əfv Məsələləri Komissiyasının iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. Kanal8-in xəbərinə görə, iclasda komissiyaya daxil olan ...

Prezident Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yığıncaq iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına təbrik ...

Türkiyədə fövqəladə vəziyyət elan edilib

Türkiyənin zəlzələ baş vermiş 10 əyalətində fövqəladə vəziyyət elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O...