May 1, 2020

Milli Məclisin iclası başladı-27 məsələ müzakirə olunacaq

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Kanal8-in məlumatına görə, gündəliyə 27 məsələ daxil edilib.

İclasın gündəliyində Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında, Hesablama Palatasının illik (2019-cu il) hesabatının təqdim olunması, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İordaniya Dəniz Komissiyası arasında Dənizçilərin hazırlanmasına, onlara diploma verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (əlavələrlə) I/10-cu qaydasına uyğun olaraq sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə və “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə qanunun layihəsi haqqında məsələlər var.

Bundan başqa, aşağıdakı məsələlər plenar iclasda birinci oxunuşda müzakirə ediləcək:

  • “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
  • Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
  • “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Gündəliyə daxil edilən 10 məsələ üçüncü oxunuşda, 8 məsələ isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.


Digər xəbərlər


İran Prezidenti Ərdoğana zəng edib

İran Prezidenti İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana telefon zəngi edib. Bu barədə Türkiyə Prezident Administrasiyası məluma...

Azərbaycan XİN: "Zəlzələdə sənədləri itmiş şəxslərin sənədləşdirmə işləri sadələşdirilmiş qaydada həyata keçirilir"

“Zəlzələ zamanı sənədləri itmiş və ya yararsız vəziyyətə düşmüş vətəndaşlarımız üçün sənədləşdirmə işləri Türkiyədəki Səfirlik və Baş konsu...

Ceyhun Bayramov britaniyalı naziri Laçın yolundakı vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə telefon danışığı zamanı Laç...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Kanal8 xə...

Putin Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin güclü zəlzələ ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. TASS bildirir ki, məlum...

Ceyhun Bayramovla türkiyəli həmkarı arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Kanal8 xəbərinə görə, başsağlığı məktubunda ...