May 1, 2020

Nazirlər Kabinetindən sanitariya vəziyyətinin tənzimlənməsi barədə QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” qərar verib.

Kanal8 xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə aşağıda göstərilən sahələrdə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq ediləcək:

– qida məhsullarının ticarəti üzrə fəaliyyət;

– ictimai-iaşə müəssisələrinin fəaliyyəti;

– turizm və hotelçilik fəaliyyəti;

– ictimai nəqliyyatın fəaliyyəti;

– vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti;

– müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti.

Qərara əsasən, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etməlidir:

– “Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “Turizm və hotelçilik sektorunda koronavirus (COVID19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “Vətəndaşların qəbulunu həyata keçirən qurumlarda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”;

– “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”.


Digər xəbərlər


Azərbaycanda telefonlara proqram yükləməklə şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib - DTX-nin əməliyyatı

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası...

“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT

“Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq ...

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Kanal8-ə FHN-dən məlumat verilib. Bildir...

Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...

Türkiyədə güclü meşə yanğını başlayıb

Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib. Günlərlə...

Avtomobillərin utilizasiyası sistemində boşluqlar: İşbazlar fürsətdən istifadə edirlər — VİDEO

Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur. Kanal8 bu barədə “Xəzər Xəbər”ə istinadla xə...

Azərbaycanda zəlzələ olub

İsmayıllıda zəlzələ baş verib. Kanal8 xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı ...

Tovuz döyüşlərindən 5 il ötür

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Kanal8 xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. ...