May 1, 2020

Poçt şöbələrində birdəfəlik ödənişlərin verilməsi gündəlik davam edir

İşsizlər və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər üçün birdəfəlik ödəmənin (190 manat) verilməsi prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrində də gündəlik davam edir.

Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmə vəsaiti köçürülərkən vətəndaşlara bu barədə SMS göndərilir. Onlar mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini əldə edirlər.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunması məqsədilə Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərir.

Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışır.

Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyir.


Digər xəbərlər


Azərbaycanda heyvan ətinin maya dəyəri azalacaq

“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir...

İyunun 24-də müavinət və sosial yardımlar ödəniləcək

İyunun 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək v...

Pensiyaların tam ödəniləcəyi tarix açıqlanıb

Respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin So...

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Kan...

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər təklif edil...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik layihəsi parlame...

Pensiyalar mayın 13-də tam ödəniləcək

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sos...

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Kana...