May 1, 2020

Rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur – Rəsmi qərar

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur.

Kanal8 xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

İctimai nəqliyyatla sərnişindaşıma xidməti isə istisna edilib.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.

COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.


Digər xəbərlər


Həbs edilən gömrük generalının şikayəti rədd edilib

Bakı Apellyasiya Məhkəməsində vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbs edilən, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, ...

İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolu iyulun 5-i imzalanacaq

İyulun 5-də İsveç və Finlandiyanın NATO-ya qoşulması haqqında protokol imzalanacaq. Bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib. ...

Daha 7000 nəfərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı qərar qəbul edilib

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7 000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı...

Britaniya minatəmizləmə əməliyyatlarına əlavə 500 min funt sterlinq ayırıb

Böyük Britaniya işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi fəaliyyətini dəstəkləmək üçün Azərbaycana 500.000 funt sterlinq ayırıb....

Azərbaycan-Latviya hərbi əməkdaşlığı müzakirə olunub

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin...

Rusiya aviaşirkəti Sankt-Peterburq-Bakı marşrutu üzrə uçuşlara başlayacaq

Rusiyanın “UTair” aviaşirkəti iyuldan Bakı-Sankt-Peterburq marşrutu üzrə birbaşa uçuşlara başlayır. Bu barədə şirkətinin prezidenti Oleq Semen...

Azərbaycan və İran Xudafərin körpüsünü birgə bərpa edə bilər

Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb. Mədəniyyət Nazirl...

Audiovizual Şura “Muz TV”yə xəbərdarlıq edib

Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib. Bu barədə Şuradan m...