Yeni Baş prokuror kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov yeni təyin olunmuş Respublikanın Baş prokuroru Kamran Əliyevi prokurorluğun kollektivinə təqdim edib.
Baş Prokurorluğunun Mətbuat xidmətindən Kanal8.az-a bildirilib ki, təqdimat zamanı çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına xüsusi diqqət və qayğısı, Kamran Əliyevin prokurorluq orqanlarındakı peşə fəaliyyəti barədə danışmış, Zakir Qaralovun prokurorluq orqanlarına rəhbərlik etdiyi dövrdə görülmüş işləri yüksək qiymətləndirib.
Çıxışda prokurorluq orqanlarının ölkənin hüquq sistemində mühüm yeri qeyd edilməklə dövlət başçısı tərəfindən prokurorluq orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı məsləhət və tövsiyələr kollektivin diqqətinə çatdırılıb.
Tədbirdə iştirak edən Fuad Ələsgərov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən daxili və xarici siyasət sayəsində ölkəmiz günbəgün inkişaf edir və daha da qüdrətlənir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikanın hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında xüsusi yeri və rolu olan prokurorluq orqanları yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşıb.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, ölkə başçısının müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəkdir.
Kamran Əliyev əminliyini bildirib ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcəkdir.
Tədbirdə iştirak edən Zakir Qaralov ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinin prokurorluq orqanlarında daim rəhbər tutulduğunu xüsusi qeyd edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Çalışdığı müddət ərzində prokurorluq orqanlarına daim verilən yüksək qiyməti, göstərilmiş etimadı doğrultmağa, bu peşəni şərəflə daşımağa çalışdığını vurğulayan Zakir Qaralov son illər ərzində ölkənin məhkəmə-hüquq sistemində aparılan ciddi islahatların hüquq sistemində prokurorluğun rolunu artırmaqla qarşısına yeni vəzifələr qoyduğunu qeyd etmiş və sonda Kamran Əliyevə xidməti fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.
Digər xəbərlər
Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq
Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” qanuna...
Bu şərabların reklamı qadağan edilib
Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Re...
Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib
Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı k...
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək
İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar ...
Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun tel...
Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib
Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb....
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Ko...
Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!
Şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün iyunun 19-da növbəti imtahan keçiriləcək. Kanal8 xəbər verir ki, bu barədə Dövlət İmtahan Mər...