May 2, 2020

Bərbərxana və gözəllik salonlarının fəaliyyətinə dair QAYDALAR

Pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib.

Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Dövlət Sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

Qaydalarda bildirilir:

• Onlayn növbə qəbul sisteminin tətbiqi;

• Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;

• İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

• Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;

• Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

• Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin spirt, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;

• Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

• Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;

• Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;

• Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.


Digər xəbərlər


Azərbaycanda telefonlara proqram yükləməklə şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib - DTX-nin əməliyyatı

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası...

“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT

“Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq ...

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Kanal8-ə FHN-dən məlumat verilib. Bildir...

Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...

Türkiyədə güclü meşə yanğını başlayıb

Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib. Günlərlə...

Avtomobillərin utilizasiyası sistemində boşluqlar: İşbazlar fürsətdən istifadə edirlər — VİDEO

Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur. Kanal8 bu barədə “Xəzər Xəbər”ə istinadla xə...

Azərbaycanda zəlzələ olub

İsmayıllıda zəlzələ baş verib. Kanal8 xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı ...

Tovuz döyüşlərindən 5 il ötür

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Kanal8 xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. ...