Sərhəddə narkotik əməliyyat: 5 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
DSX-dan verilən məlumata görə, 1 may tarixində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru və əks istiqamətində 1 nəfərə məxsus izlər aşkarlanıb.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə 3 ədəd qara rəngli idman çantası içərisində ümumi çəkisi 42 kq 700 qram narkotik vasitə (9 kq “heroin”, 6 kq 700 qr “metamfetamin”, 4 kq 100 qr “marixuana”, 19 kq 300 qr “həşiş”, 1 kq 800 qr – “metadon M-40” həbi və 1 kq 800 qr “preqabalin”) aşkar olunaraq götürülüb.
Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxslərin Astara rayonunun Kijəbə qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Əhmədov Fərhad Vəliağa oğlu, 1989-cu il təvəllüdlü Teymurov Elməddin Razim oğlu, 1984-cü il təvəllüdlü Fərzizadə Anar Nizaməli oğlu, 1995-ci il təvəllüdlü Abdullayev Nurlan Tofiq oğlu və 1974-cü il təvəllüdlü Babayev Dönməz Hətəm oğlu olması müəyyənləşdirilib.
Araşdırma zamanı saxlanılmış şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər
Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib
Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Üm...
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edi...
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıldan sonra Zəngilan rayonuna səfə...
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Sonr...
5 min nəfərə «Müharibə veteranı» adı verilməsi barədə qərar qəbul olunacaq — MN
Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması ...
Finlandiyanın Baş naziri Kiyevdə səfərdədir
Finlandiyanın Baş naziri Sanna Marin Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinə səfər edib. Bu barədə İrpen Şəhər Şurası məlumat yayıb. “İ...
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...
İlham Əliyev və Mehriban Əliyeva “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...