Azərbaycanda ödənmiş ƏDV-nin bir hissəsinin alıcıya geri qaytarılması şərtləri açıqlanıb

Azərbaycanda ticarət, xidmət və ictimai iaşə məntəqələrində ödənmiş ƏDV-nin bir hissəsinin alıcıya geri qaytarılması şərtləri açıqlanıb.
Belə ki, fiziki şəxs olan alıcılar pərakəndə ticarət və ya ictimai iaşə obyektlərindən alınmış mallara ödənilən məbləğin ƏDV-ni geri qaytara biləcəklər.Əsas məqsəd alıcıların alış-veriş zamanı əsasən nağdsız ödənişlərdən istifadə etməsi və bu yollada Nağdsız ödənişlər edildiyi zaman kartla edilən alış-verişdə daha çox məbləğ geri qaytarılmasıdır.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara ödənilən ƏDV-nin qaytarılmalı olan hissəsi nağdsız ödənişlər üzrə 15%, nağd ödənişlər üzrə isə 10% həcmində müəyyən edilib. Yanacaq istisna olmaqla, digər məhsulları və ya xidmətləri alanda ödənişi nağd etdikdə ƏDV-nin 10%-i, kartla etdikdə isə 15%-i vətəndaşın özünə qaytarılır.
Qanunun bu tələbinin həyata keçirilməsi üçün proses tamamlanıb.
Müştəri ƏDV-ni geri ala bilmək üçün ilk öncə edvgerial.az saytından qeydiyyatdan keçməlidir.
Qeydiyyatdan keçərkən sizə şəxsiyyəti təsdiq edən sənədin FİN-i, doğum tarixi və mobil nömrə lazım olacaq.
Qeydiyyatdan keçdikdən sonra əməliyyatları həyata keçirə bilərsiniz.
Digər xəbərlər
Azərbaycanda orta əmək haqqı artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən ...
Azərbaycanda sosial müavinətlər artırılıb - FƏRMAN
Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin a...
ABŞ Prezidenti Çinlə ticarət razılaşmasının hazır olduğunu bəyan edib
ABŞ və Çin nümayəndə heyətləri ticarət sazişinin parametrlərini razılaşdırıblar, indi onun iki ölkə liderləri səviyyəsində təsdiqlənməsi lazımdır...
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. Kanal8 bu barədə AMB-yə isti...
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, gələn aydan mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır. Kanal8 xəbər ...
Bakıda orta aylıq əməkhaqqı artıb
Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib. Bu barədə Kanal8-ə Bakı şəhər...
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qu...
Pensiya alanların nəzərinə!
Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları qrafikdən əvvəl ödənilib. Kanal8 xəbər verir ki, bu barədə...