May 4, 2020

Azərbaycandan ÜST-ə 5 milyonluq ianə – Afrika, Asiya və Latın Amerikası üçün

“Zirvə Görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir”.

Kanal8 xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur.

120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır.

Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm.

Diqqətinizə görə minnətdaram”, – deyə dövlət başçısı vurğulayıb.


Digər xəbərlər


Paytaxtda iki avtobus qəzası — Xəsarət alan var

Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı i...

ANAMA-dan vətəndaşlara XƏBƏRDARLIQ

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Kanal8 xəbər verir ki, xəbərdarlıqda deyili...

“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik təsdiqlənib

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. K...

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən Kanal8-ə verilən məlumata görə, ötən ili...

Azərbaycan Ordusunun bölük komandirləri ilə təlim toplanışları keçirilib

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib. Bu barədə Kan...

Ərdoğan Albaniyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya rəsmi səfərə yollanıb. “TRT Haber” xəbər verir ki, Ərdoğan Albaniyanın Baş naziri Edi Raman...

DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb. BDYPİ-dən Kanal8-ə daxil olan açıqlamada de...

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti...