May 4, 2020

Bu gün İlham Əliyevin təşəbbüsü ilə videokonfrans olacaq

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa (COVID-19) qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” (United against COVID-19) mövzusunda Zirvə görüşü keçiriləcək.

Kanal8.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alaraq, Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçiriləcək.

40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatılacağı videokonfransda BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi da iştirak edəcəklər.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirib. Qeyd olunan tədbirlər qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfədir.

Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal səviyyədə də COVID-19-a qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.

Xatırladaq ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilmiş XVIII Zirvə Görüşündə sədrlik Azərbaycana verilib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.


Digər xəbərlər


Bakı məktəblərində koronavirusla bağlı son durum

Ötən gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 3 nəfər şagirddə 37 dərəcədən artıq hərarət aşkar olu...

Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir — FƏRMAN

Prezident İlham Əliyev «Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında» fərman imzalay...

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir — XİN

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir. ...

Bu günə olan statistika bəlli olub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb. Nazi...

Nazirlik rəsmisi fermerlərə çağırış edib

“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”. Ka...

Güləşçimiz erməni rəqibini məğlub edib

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Kanal8 xəbər verir ki, çempionat...

Koroğlu Rəhimov küçəsində nəqliyyatın sıxlığı aradan qaldırılıb

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsini qeyd etdiyimiz bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyi səviyyəsi artırılıb. Kanal8...

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq...