May 4, 2020

Kirayə mənzillərlə bağlı vətəndaşların qəbulu davam etdirilir

Bu ilin əvvəlində satmaq öhdəliyi ilə mənzillərin kirayə satışına mayın 4-dən start verilmişdi. Martın 16-na kimi 298 nəfər sənədlərini təqdim etmiş, 222 nəfərə razılıq verilmişdi. Lakin koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən xüsusi karantin rejiminə görə “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətini dayandırması bu prosesin yarımçı qalmasına səbəb olmuşdu.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Laçınzadə bildirib ki, karantin rejiminin yumşaldılması nəticəsində “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə kirayə mənzil üçün müraciət edənlərin qəbuluna da yenidən start verilib: “Aprelin 29-dan başlayaraq müraciət edən şəxslərin qəbulu davam etdirilir. İlk olaraq əvvəlcədən müəyyən olunmuş qaydada növbə verilən şəxslər bu növbəyə uyğun olaraq dəvət edilirlər. Qəbul zamanı bütün sosial izolyasiya qaydaları, həmçinin, əməkdaşlar və vətəndaşlar arasında məsafə qorunur”.


Digər xəbərlər


Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Kan...

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq ...

Ötən ay Azərbaycanda ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb - SİYAHI

Bu ilin aprel ayında əvvəlki aya nisbətən ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Kanal8-ə bu barədə Dövlət Statistika Komitəsindən...

1600 manatadək artırılan müavinət kimlərə VERİLİR? - DETALLAR

“Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ol...

“Bitkoin” kəskin bahalaşıb

Dünyanın ən böyük kriptovalyutası olan “Bitkoin”in qiyməti bu il ilk dəfə 105 min dolları ötüb. Bakı vaxtı ilə saat 05:05-ə olan məlumata görə...

Pensiya alanların nəzərinə!

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Ə...

Maaş və təqaüdləri istənilən bankdan ala biləcəyik? - RƏSMİ CAVAB

Ötən həftə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə görüş keçirib. 4 saata yaxın davam edən görüşdə 10-a yaxın tanınmış ekspert ...

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa...