May 4, 2020

Pandemiya ətrafındakı informasiya müharibəsinin gətirə biləcəyi – Böyük savaş

“Pandemiyaya səbəb olan virusun mənbəyi haqqında mövzudan uzun müddət yayınan və birbaşa cavablardan qaçan ABŞ rəsmiləri son həftə ərzində 2 dəfə COVID-19 virusunun insan tərəfindən yaradıldığını iddia edərək, onun Çinin Vuhan şəhərindəki virusoloji laboratoriyadan sızdığını deyirlər”.

Kanal8 xəbər verir ki, bu fikirləri COVID-19 virusu ətrafında dolanan informasiya savaşına münasibət bildirən təhlükəsizlik eksperti Ərastun Oruclu səsləndirib.

Təhlükəsizlik ekspreti bildirib ki, ortada fakt olmadan deyilənlər iddiadan başqa bir şey deyil:

“Bir həftə əvvəl heç bir ciddi dəlil gətirmədən bunu prezident Tramp səsləndirdi, dünən də eyni qaydada, yəni sübut-dəlil ortaya qoymadan, dövlət katibi Mike Pompeo ABS telekanalına müsahibəsində dedi. Maraqlıdır ki, hər iki yüksək dövlət rəsmisinin “bizdə yetərincə dəlillər var” deməklə kifayətlənməsi bunun ciddiliyinin ilk növbədə elə ABŞ mediası tərəfindən şübhə altına alınmasına əsas verdi.

Amma digər tərəfdən də son günlər Rusiya-Çin cütlüyü ABŞ-a qarşı komanda oyununa başlayaraq, ciddi iddialar irəli sürdülər. Təbii ki, elə amerikalı opponentləri kimi. Yəni, yenə də ortaya heç bir ciddi sübut-dəlil qoymadan. Belə ki, bəzi Rusiya KİV-ləri və ardınca da Ukraynadakı rusiyayönümlü media ABŞ-ın Rusiya ətrafında onlarla (15-i Ukraynada olmaqla) məxfi tibbi-bioloji laboratoriyasının olması haqda məlumatlar tirajlamağa başladı. İddia isə bundan ibarətdir ki, guya Pentaqon tərəfindən maliyyələşdirilən həmin laboratoriyalarda bioloji silahlar yaradılaraq testdən keçirilir. Təəccüblü deyil ki, həmin məlumatlara ani reaksiya Çindən gəldi və Pekin də onların bağlanmasını istədi. Yeri gəlmişkən, mövcudluğu iddia olunan həmin laboratoriyalardan bir neçəsinin də Gürcüstan və Ermənistanda yerləşdiyi deyilir”.

Ərastun Oruclu qeyd edib ki, baş verənlər iqtisadi savaşa gətirib çıxara bilər:

“Görünür, ABŞ rəsmilərinin bəyanatları və onlara cavab olaraq əks-kampaniya pandemiya məsələsini tibbi-epidemioloji müstəvidən diplomatik-siyasi müstəviyə keçirmək cəhdləridir ki, bunun da davamı gələcəyi halda, mövzunu böyük güclərin böyük savaşına çevirə bilər. İnformasiya və siyasi-diplomatik savaşa əlbəttə, amma təcrübə göstərir ki, belə savaş son nəticədə asanlıqla iqtisadi savaşa da çevrilə bilir. Bu isə onsuz da çətin duruma düşmüş dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd eləmir”.


Digər xəbərlər


"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub

“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsi gələn həftə parlamentin İqt...

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür — VİDEO

Misirdən Azərbaycana gətirilən 500 tondan artıq kartof bir aydır ki, gömrük rəsmiləşməsindən keçirilmir, mallar maşınlardan boşaldılmır. Kanal...

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonu...

Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi  “Reklam haqqında” qanuna...

Bu şərabların reklamı qadağan edilib

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Re...

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı k...

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar ...

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun tel...