May 4, 2020

Vergi ödəmələrinin vaxtı uzadıldı

Xüsusi karantin dövrü ilə əlaqədar (31 mart – 31 may) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddətinə dəyişikliklər edilib.

Kanal8 xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Belə ki, fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən ötən ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, bu ilin fevral və mart ayı üçün aylıq hesabatların və cari ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergilərin ödənilməsi müddəti mayın 5-nə qədərdir.

Bundan başqa, fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən ötən ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, bu ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və cari ilin I rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergilərin ödənilməsi müddəti mayın 31-nə qədər uzadılıb.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti bu il mayın 31-i saat 00:00-dək uzadılıb.


Digər xəbərlər


Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir

Daha tez pensiyaya çıxa biləcək şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər təklif edil...

Ailə başçısını itirməyə görə əmək pensiyası ARTACAQ

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq. Bununla bağlı «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik layihəsi parlame...

Pensiyalar mayın 13-də tam ödəniləcək

Respublika üzrə may ayının pensiyalarının ayın 13-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Kanal8-ə Əmək və Əhalinin Sos...

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Mayın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Bu barədə Kana...

Əmək pensiyalarının təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası təsdiqlənib

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası təsdiq olunub. ...

Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək

Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək. Bununla bağlı “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutul...

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək. Kanal8-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçir...

İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibət...