May 5, 2020

“İcra başçıları ilə yanaşı polis rəisləri və prokurorlar da həbs olunmalıdır”

“Rüşvətxorluğun olması barədə çoxdan informasiya var idi. Görünür zamanında bəzi əməliyyatlar keçirmək üçün kameralar yerləşdirilib”.

Bu fikirləri Kanal8-də DTX-nin icra başçılarına qarşı keçirdiyi əməliyyatlara münasibət bildirən təhlükəsizlik eksperti İlham İsmayıl səsləndirib.

İlham İsmayıl bildirib ki, ölkədə yığılan qəzəbi aradan götürmək üçün müəyyən addımlar atılır:

“Bu addımlar ədalətin bərpa olunmasından, cinayətkarın cəza almasından keçir. Bu şəxslərin törətdiyi cinayətlərdən yox, bir rayon, şəhər üzrə baş verən cinayətlərdən gedir. İcra başçıları cəzalandırılanda, cəmiyyətə bu yaxşı təsir edir. Ölkədə bir qrup ifşa olunur, ancaq digərləri isə yox. Həmin rayonların prokurorları, polis rəisləri, nazirlər də ifşa olunmalıdır. Təkcə icra başçılarının həbsi o dərəcədə də effektli deyil, kompleks tədbirlərə ehtiyac var. Son əməliyyatları müsbət dəyərləndirmək lazımdır. Əslində burada xinayət və cinayətkara qarşı mübarizə yox, siyasi çalarlar da var”.

Məsələlərin mahiyyət etibarı ilə kökündən qazınmalı olduğunu deyən İlham İsmayıl qeyd edib ki, icra hakimlərinin səlahiyyətləri sıfıra endirilməlidir:

“Baş verən prosesləri dayandırmaq olmaz. Əgər dayandırılsa xalq deyəcək ki, görüntü xətrinə bu həbslər baş verirdi. Köklü dəyişikliklər etmək lazımdır. İcra başçılarının səlahiyyətləri ümumiyyətlə aşağı salınmalıdır. İcra başçılarını xalq seçməlidir. Kadrlara diqqətlə baxın, bütün icra başçıları rüşvəti eyni formada alır. Ona görə də struktur dəyişikliyinə gedilməlidir. Bütün icra başçılarını tutmaq üçün tam potensial var, onların da əməlləri buna tam şərait yaradır. Ona görə də məsələyə kompleks yanaşılmalıdır”.

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.


Digər xəbərlər


Mobil tətbiqlər reklam daşıyıcısı hesab olunacaq

Reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Kanal8-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi  “Reklam haqqında” qanuna...

Bu şərabların reklamı qadağan edilib

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Re...

Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib

Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı k...

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozanlar cərimələnəcək

İcra icraatı üzrə nağd ödəniş qadağan olunub, tələbi pozan məmurlar cərimələnəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar ...

Məhkəmədə nümayiş olunan videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun tel...

Prezident ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsi təltif edib

Prezident İlham Əliyev ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi barədə Sərəncam imzalayıb....

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Proses Bakı Məhkəmə Ko...

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!

Şəhadətnamə almaq istəyən taksi sürücüləri üçün iyunun 19-da növbəti imtahan keçiriləcək. Kanal8 xəbər verir ki, bu barədə Dövlət İmtahan Mər...