May 5, 2020

Qazaxıstan sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşının nəşi vətənə gətirilir

Bu ilin 30 aprel tarixində Xəzərə dənizində Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarının saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində həyatını itirmiş Qəhrəman İbrahimovun nəşi 5 may tarixində, ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Manqistau əyaləti üzrə Sərhəd Xidmətinin hərbi gəmisi ilə Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə yola düşüb.

Kanal8 xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycan Respublikasının Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək.

“Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcək. Qeyd etmək istərdik ki, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə daxil olmuş notada baş vermiş insident zamanı həyatını itirmiş Azərbaycan vətəndaşı Qəhrəman İbrahimovun ailəsinə başsağlığı bildirilir, eləcə də Qazaxıstan tərəfindən sözügedən insidentin hərtərəfli və obyektiv araşdırıldığı və nəticələr barədə Azərbaycan tərəfinin məlumatlandırılacağı qeyd olunur”, – deyə XİN-in məlumatında qeyd olunub.


Digər xəbərlər


Kahramanmaraşda zəlzələ olub

Türkiyənin Kahramanmaraş şəhərində 5,3 və 4 bal gücündə zəlzələlər olub. AFAD-ın yaydığı məlumata görə, zəlzələ yerin 7 km dərinliyində baş ve...

“Qarabağ” - “Qalatasaray” oyununu “Haber Global” canlı yayımlayacaq

“Qarabağ”la Türkiyənin “Qalatasaray” klubu arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. ...

Növbəti istirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Kanal8-ə verilən məlumata görə, Qəbəl...

Oqtay Əliyevin dəfn olunacağı yer dəyişdirilib

Əməkdar mədəniyyət işçisi, “SOY Production”un baş direktoru, prodüser Oqtay Əliyev bu gün “Qurd qapısı” qəbiristanlığında...

ÜST dünya miqyasında vəba təhlükəsi barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səviyyədə vəba təhlükəsi barədə xəbərdarlıq edib. Bu barədə təşkilatın hesabatında bəyan edilib. S...

Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib. Kanal8 ...

Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək

Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. İlk olaraq C, H və J qruplarında səkkiz oyu...

Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıb. Ramazan ayının ilk günü miladi təqvimlə 2023-cü il martın 23-dür. Belə ki, bununla bağlı Qafqaz Müsəlmanlar...