Sosial yardım almaq məqsədilə icra hakimiyyətinin qarşısında toplaşanlar saxlanıldı

May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Kanal8-ə verilən birgə məlumatda qeyd olunur ki, ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.
Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılıb. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.
Hazırda istintaq araşdırmaları davam etdirilir.
Digər xəbərlər
Pensiya alanların nəzərinə!
Mayın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli...
"Bu, yaşayış minimunun artırılması üçün imkanlar yaradacaq" - Deputat
“”Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilir. Yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, so...
Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı 86% artıb - Siyahı
2025-cü ilin I rübündə işğaldan azad edilmiş rayonlarda 543 yeni iş yeri yaradılıb. Kanal8-in Dövlət Statistika Komitəsinin hesabatı əsasında ...
Pensiyalar bu tarixdə TAM ÖDƏNİLƏCƏK
Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Kan...
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Bu ilin I rübündə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 10 % artaraq ...
Ötən ay Azərbaycanda ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb - SİYAHI
Bu ilin aprel ayında əvvəlki aya nisbətən ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Kanal8-ə bu barədə Dövlət Statistika Komitəsindən...
1600 manatadək artırılan müavinət kimlərə VERİLİR? - DETALLAR
“Bu ildən məbləği artırılan birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ol...
“Bitkoin” kəskin bahalaşıb
Dünyanın ən böyük kriptovalyutası olan “Bitkoin”in qiyməti bu il ilk dəfə 105 min dolları ötüb. Bakı vaxtı ilə saat 05:05-ə olan məlumata görə...