“İcra hakimlərinin həbsi serial xarakteri alır”
“İcra hakimlərinin həbsi serial xarakteri alır. Buna çox yaxşı baxıram. Kaş bütün məmurlar kabinetlərində ifşa edilərək həbs olunalar”.
Bu sözləri Kanal8-ə icra başçılarının həbsi və bundan sonra atılacaq addımlara münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, məmurların heç bir qorxuları yoxdur:
“Videolara baxırıq, hamısı eyni formada pul alır. Heç bir qorxuları yoxdur. Bəlkə heç ehtimal da etmirlər ki, onların otağına kamera yerləşdirilib. Bu onların arxayınlığından xəbər verir. İllərdir eyni cür işlədikləri üçün bir arxayınlıqları var.
Əmindirlər ki, bir neçə icra başçısı görk xarakterli tutulacaq, gəlib mənə çatmayacaq. Onlar sistemin işlədiyini bilirlər, özlərini də sistemin bir parçası hesab edirlər. Tək-tük həbslər yox, sistemi dəyişmək lazımdır. Yanaşma fəlsəfəsi dəyişməlidir. O da birinci Bakıdan başlamalıdır. İcra başçıları düşünür ki, bizim yığıb aparıb verdiyimiz insanlar hələ də vəzifədədir.
Deyirik ki, icra hakimiyyətləri ləğv olunsun, bələdiyyə sədrləri onların yerini alsın. İndiki bələdiyyə sədrləri də, icra başçılarından geri qalmırlar. Səlahiyyətləri az olsa da, onlar da az səlahiyyətləri ilə rüşvətxorluq edirlər”.
Tural Abbaslı bildirib ki, rüşvətxorluğun bu həddə gəlib çıxmasına səbəb nəzarət mexanizminin olmamasıdır:
“Məlum olub ki, həbs olunan İmişlinin icra başçısı Vilyam Hacıyevin oğlunun biri Baş Prokurorluq yanında Korrupsiya idarəsində vəzifədədir. O gedib atasını həbs edəcək? Atasını araşdıracaq? Müxalifətin, azad medianın sıradan çıxarılması əslində belə neqativ halların yaranmasına gətirib çıxarıb. İctimai nəzarət, müxalifət nəzarəti və medianın nəzarəti təmin olunsa belə qanunsuzluqlar olmaz.
Düşünürəm ki, icra hakimiyyətləri ləğv edilib, bələdiyyələr formalaşdırılmalıdır. Ancaq onlar da ədalətli seçki yolu ilə seçilməlidirlər. Hakimiyyət qətiyən bu həbslərə mövsümi yanaşmamalıdır. Bütün bu proseslərdə müxalifətin iştirakını təmin etmək lazımdır”.
Digər xəbərlər
Bakı metrosunun sərnişindaşımanın maya dəyərini süni şəkildə artırdığı üzə çıxıb
Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb....
KİV: AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib
AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pansir S-1” HH...
ABŞ-nin ÜST-dən çıxması təşkilatı çətin duruma salıb
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ Prezidenti Donald Trampın təşkilatdan çıxmaq qərarından sonra xərcləri azaldacaq və proqramların prioritetl...
Hesablama Palatası Bərpa, Tikinti və İdarəetmə Xidmətində nöqsanlar aşkar edib
Hesablama Palatası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarə...
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlu...
“Azərpoçt” Şuşada fəaliyyətə başlayıb
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. “Azərpoçt” MMC növbəti poçt məntəqəsi...
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında əsassız əməkhaqqı ödənişləri aşkarlanıb
Hesablama Palatası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində n...
Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarlayıb
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Bu barədə Palatadan bildirilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun r...