May 6, 2020

Rayonlar üzrə müəllimlərin onlayn müsahibəsi başlayır

Mayın 7-dən etibarən digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışan müəllimlərlə mərhələli şəkildə onlayn müsahibələr keçiriləcək.

Kanal8-in məlumatına görə, Təhsil Nazirliyindən bildiriblər ki, həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçirilmə tarixi və saatı barədə məlumat göndərilib. Bəzi ucqar bölgələr üzrə namizədlərin texniki problemlərə görə onlayn müsahibələrdə iştirakına şərait yaradılması ilə bağlı nazirliyin “Qaynar xətt”inə müraciətləri nəzərə alınaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən onlara müvafiq şəraitin yaradılması təmin olunacaq. Regionlar üzrə namizədlərin onlayn müsahibələrdə iştirakını təsdiq etməsi üçün son tarix 7 may saat 00:00-dır.

Qeyd edək ki, ötən gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə işləyən müəllimlərlə onlayn müsahibələrin gedişatını yaxından izləyib.

Artıq üçüncü gündür davam edən müsahibələrdə 250-yə yaxın namizəd iştirak edib və gedişat zamanı hər hansı texniki problem yaranmayıb.


Digər xəbərlər


Azərbaycanda telefonlara proqram yükləməklə şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib - DTX-nin əməliyyatı

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası...

“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT

“Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq ...

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Kanal8-ə FHN-dən məlumat verilib. Bildir...

Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb

Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...

Türkiyədə güclü meşə yanğını başlayıb

Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib. Günlərlə...

Avtomobillərin utilizasiyası sistemində boşluqlar: İşbazlar fürsətdən istifadə edirlər — VİDEO

Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur. Kanal8 bu barədə “Xəzər Xəbər”ə istinadla xə...

Azərbaycanda zəlzələ olub

İsmayıllıda zəlzələ baş verib. Kanal8 xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı ...

Tovuz döyüşlərindən 5 il ötür

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Kanal8 xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. ...