Töhmət alan icra başçısı ilə bağlı “maraqlı” faktlar ortaya çıxıb

Bildirilir ki, N.Bağırov xüsusi karantin rejimi vaxtı yaylağa çıxdığına görə yox, Bakıya gəldiyinə görə töhmət alıbmış. Bakıya gəlmək ilk baxışdan bir icra başçısı üçün normal hərəkətdir. Təbii ki, işi, vəzifəsi naminə paytaxta çağırıla bilər.
Lakin N.Bağırovun gəlişi o gəlişdən olmayıb. Belə ki, icra başçısı paytaxtdakı restoranların birində saytlardan birinin baş redakdoru olan tanınmış jurnalist və iki xanımla nahar edirmiş. Xüsusi karantin rejiminə təhkim olunmuş polis serjantı onların restoranda olduğunu bilib xəbərdarlıq etsə də, N.Bağırov özünü, jurnalist-baş redaktor isə vəsiqəsini təqdim edərək polisi ordan uzaqlaşdırıblar.
Xidmətçi polis isə bu durumu rəisinə, rəisi rəhbərliyə məruzə edib. Təbii ki, məsələ ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Nəticədə 21 aprel 2020-ci il tarixli sərəncam verilib. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamda bildirilirdi: “İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib”.
Lakin sonradan yayılan məlumatda N.Bağırovun guya bir qrup sahibkarla İsmayıllının Qalacıq kəndinə getməsi bildirilirdi. Hətta bunu əks etdirən video da yayımlanmışdı. Lakin yuxarıdakı məlumatı bizə verən mənbənin sözlərinə görə, həmin video və “səbəb” əsl səbəbi gizlətmək üçün ortaya atılıb.
Qeyd edilənlərlə bağlı N.Bağırovun mövqeyini öyrənmək istəsək də, hörmətli icra başçısı əvvəlcə iclasda olduğunu bildirib sonra zəng etməyimizi xahiş etdi, sonrakı zəngimizə isə cavab vermədi.
Digər xəbərlər
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım edir
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, He...
Heydər Əliyev Mərkəzinin binası Türkiyənin Dövlət bayrağı rəngində işıqlandırılacaq
Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, bu gündən etibarən Heydər Əl...
Müdafiə nazirinin müavini Türkiyənin Gəncədəki Baş konsuluna başsağlığı verib
Fevralın 7-də müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Türkiyə Respublikasının Gəncə şəhərin...
Türkiyənin zəlzələ bölgəsində dənizin səviyyəsi qalxıb - Küçələri su basıb
Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində zəlzələdən sonra dənizin səviyyəsi qalxıb. Bu barədə “Habertürk” məlumat yayıb. Bildirili...
Vardanyan Qarabağdan Moskvaya qaçıb
Azərbaycanın Qarabağ iqtisadi bölgəsində, özünü Xankəndidəki qanunsuz rejimin “dövlət naziri” kimi təqdim edən rusiyalı milyader Ruben Vardanyan ...
Əfv Məsələləri Komissiyasının iclası keçirilir
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. Kanal8-in xəbərinə görə, iclasda komissiyaya daxil olan ...
Prezident Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yığıncaq iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına təbrik ...
Türkiyədə fövqəladə vəziyyət elan edilib
Türkiyənin zəlzələ baş vermiş 10 əyalətində fövqəladə vəziyyət elan edilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. O...