May 6, 2020

XİN-dən Paşinyana cavab – “Gərginliyin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir”

Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışı zamanı münaqişənin həlli ilə bağlı mövqeyinin 2018-ci ildən bəri zərrə qədər də dəyişilmədiyi barədə bəyanatını şərh edib.

Kanal8-in məlumatına görə, o, Ermənistanın baş nazirinin bu bəyanatı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə və beləliklə də, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına məhz Ermənistanın əngəl törətdiyini etiraf etmiş olduğunu bildirib.

“Bu bəyanat kimin danışıqlardan imtina etdiyini, kimin beynəlxalq ictimaiyyətin, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina etdiyini, beləliklə də, kimin münaqişənin tənzimlənməsinə maneə olduğunu açıq şəkildə göstərir.

Ermənistan rəhbərliyi bu açıqlamaların münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə heç də xidmət etmədiyini anlamalı və nəhayət dərk etməlidir ki, Azərbaycan öz Konstitusiyasına və beynəlxalq hüququn norma və prinsiplərinə istinadən beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edəcək. Münaqişənin həlli çərçivəsində yarana biləcək hər hansı gərginliyin məsuliyyəti isə Ermənistan tərəfinin üzərindədir”, – L.Abdullayeva deyib.


Digər xəbərlər


Teymur Musayev Ermənistanın əsassız iddialarına cavab verib

Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası çərçivəsində keçirilən ümumi debatlar zamanı çıxış edən Azərbaycanın səhiyyə naziri ilk öncə Üm...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Zəngilana səfərdən görüntülər paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər edi...

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıldan sonra Zəngilan rayonuna səfə...

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Sonr...

5 min nəfərə «Müharibə veteranı» adı verilməsi barədə qərar qəbul olunacaq — MN

Müdafiə Nazirliyinin (MN) tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması ...

Finlandiyanın Baş naziri Kiyevdə səfərdədir

Finlandiyanın Baş naziri Sanna Marin Ukraynanın Kiyev vilayətinin İrpen şəhərinə səfər edib. Bu barədə İrpen Şəhər Şurası məlumat yayıb. “İ...

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda Soltanlı stansiyasının təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...

İlham Əliyev və Mehriban Əliyeva “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. K...