May 7, 2020

Azərbaycan və Tacikistan prezidentləri telefonla danışıb

Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirdi.

Dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə etdilər.


Digər xəbərlər


Kreml: Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür

Kreml ABŞ-ın Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov...

Türkiyə Prezidenti: Zəngəzur dəhlizinin açılması üçün əlimizdən gələni edəcəyik

Quru və dəmir yolları ilə Naxçıvan, eləcə də Azərbaycanın digər bölgələri arasında birbaşa əlaqə qurmağımız münasibətlərimizi daha da gücləndirəc...

Samanta Pauer Azərbaycana səfər edəcək

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer Azərbaycana səfər edəcək. Bu barədə “Sputnik Armenia” Ermənistan xarici iş...

Ərdoğanın rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan şəhərində rəsmi qarşılanma mərasimi keçirilib. ...

Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb. Dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib. ...

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Yuri Kim və USIAD-ın rəhbəri Samanta Pauer bu gün Er...

Azərbaycan XİN Makrona cavab verib

“Sentyabrın 24-də Fransa prezidenti Emmanuel Makron ölkəsinin TF1 kanalında EN DIRECT proqramına müsahibəsi zamanı növbəti dəfə bölgədə möv...

Ərdoğan Naxçıvana yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb. Dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar. Səfər Azərbayca...