Azərbaycanda bu qadağa aradan qalxıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan müvəqqəti məhdudiyyətlərlə bağlı məlumat yayıb.
AQTA-dan daxil olan məlumatda bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb: “OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatmış və ölkələrin sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxmaq zərurəti yaranıb. Bu məqsədlə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) rəsmi məlumatları nəzərə alınaraq, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması ilə bağlı tətbiq olunan bəzi müvəqqəti məhdudiyyətlərin aradan qaldırılması qərara alınmışdır. Qərara əsasən yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırdabuynuzlu heyvanların çiçək və blutanq xəstəlikləri ilə əlaqədar Rusiya, Tatarıstan, Çuvaşiya, Bolqarıstan, İran, Almaniya, İsrail, Çeçenistan, Gürcüstan, Qazaxıstan və Almaniyanın bir sıra inzibati ərazilərindən diri quş və quş məhsullarının, iribuynuzlu heyvanlar və onların məhsullarının, heyvan və heyvan mənşəli məhsulların, xırdabuynuzlu heyvanlar və onların məhsullarının, diri heyvan və genetik materialların idxalına qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda yüksək və zəif patogen quş qripi xəstəliyi qeydə alınmış Polşa, Çexiya, Macarıstan, Slovakiya, Almaniya, Rumıniya, Ukrayna, Danimarka, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Hindistan və ABŞ-ın bir sıra ərazilərindən diri quş və quş məhsullarının idxalında OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipinin tətbiqinə uyğun olaraq icazə verilib. Eyni zamanda müvafiq tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub”.
Digər xəbərlər
Hikmət Hacıyev: Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb
Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prez...
İranda daha üç nüvə alimi öldürülüb
İranda İsrail zərbələri zamanı daha üç atom üzrə alimin öldürüldüyü bildirilir. ...
Xocalıda "Son zəng" keçirilib
Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib. Kanal8 xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar məz...
34 il sonra Şuşada “Son zəng” çalınıb
Bu gün Şuşa şəhərində 34 ildən sonra ilk dəfə “Son zəng” çalınıb. Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 8 şagirdi məzun adını qazanıb. Kanal8...
Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Avropa İttifaqının tam olaraq nə istədiyi bilinmir. Kanal8 xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administra...
Bu avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
İyunun 14–16-da Binəqədi–Novxanı avtomobil yolunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaca...
Rusiyanın Xalq artisti təxliyə işlərində göstərilən yardıma görə Azərbaycan Prezidentinə təşəkkür edib
Astara sərhəd-keçid məntəqəsindən təxliyə edilən Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ed...
İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb. B...