May 7, 2020

Baş nazirdən “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” SƏRƏNCAM

Nazirlər Kabineti “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında qərar verib.

Kanal8 xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən;

  1. Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına (bundan sonra – Sərəncam) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.
  2. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etməlidirlər.
  3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.
  4. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
  5. Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Digər xəbərlər


Azərbaycan Ordusu şərti düşmənin hava hədəflərini zenit-raket kompleksləri ilə məhv edib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub. Bu barədə Müdafiə Nazirliyi ...

300 dollarlıq gömrük limiti azaldılır?

Son günlər şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı məlumatlar yayılıb. ...

“WhatsApp”da foto və videoların keyfiyyəti itməyəcək - YENİLİK

“iPhone” üçün “WhatsApp”ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir. Bu barədə messencerdə dəyişikliklə...

İsrail HƏMAS-ın tunel şəbəkəsini su ilə basacaq

İsrail HƏMAS-ın tunel sistemini su ilə vurmaq istəyir. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Bildirilib ki, ...

Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış ...

Son həftə Azərbaycanda 20 nəfər koronavirusa yoluxub - 4 nəfər ölüb

Azərbaycanda son 1 həftə ərzində (27 noyabr-3 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. ...

"Qarabağ"ın Xankəndidəki oyununa azarkeşlərin aparılmasına qərar verilib

“Qarabağ”ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyi haqda xəbər vermişdik. Gör...

İsrail ordusu HƏMAS-ın komandirini öldürüb

İsrail ordusu HƏMAS-ın komandirlərindən biri olan Heitham Huvajarini öldürüb. Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Qeyd olunub k...