DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi tutulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.
Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində vətəndaşlardan dövlət sosial yardım və pensiya təyin olunması müqabilində rüşvət tələb edilməsi barədə daxil olmuş əməliyyat məlumatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
Həmin cinayət əməlinin Pərviz İsgəndərov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması
istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər xəbərlər
Azərbaycanda telefonlara proqram yükləməklə şəxsi məlumatları ələ keçirən kibercinayətkar həbs edilib - DTX-nin əməliyyatı
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası...
“Sputnik Azərbaycan”ın rəhbəri və baş redaktoru jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirmək üçün Azərbaycanda olublar – BƏYANAT
“Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq ...
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Kanal8-ə FHN-dən məlumat verilib. Bildir...
Ərdoğan: Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb
Türkiyə 47 illik terror bəlasından PKK-nın dünən silahları təhvil verməsi ilə xilas olmağa başladı. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...
Türkiyədə güclü meşə yanğını başlayıb
Suriyanın Ləzkiyə bölgəsində meşəlik ərazidə baş verən yanğın, Türkiyənin cənub sərhədində yerləşən Hatayın Yayladağı rayonuna keçib. Günlərlə...
Avtomobillərin utilizasiyası sistemində boşluqlar: İşbazlar fürsətdən istifadə edirlər — VİDEO
Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur. Kanal8 bu barədə “Xəzər Xəbər”ə istinadla xə...
Azərbaycanda zəlzələ olub
İsmayıllıda zəlzələ baş verib. Kanal8 xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı ...
Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Kanal8 xatırladır ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. ...