Həkimlərə xüsusi geyimlər istehsal edən müəssisə yaradılacaq

“İnsanlarımızın sağlamlığını və həyatını qorumaq məqsədilə biz lap əvvəldən məhdudlaşdırıcı tədbirlər gördük. Hesab edirəm ki, tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mir” televiziya kanalına müsahibəsində deyib.
“Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Həmçinin yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Yaxın vaxtda hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır. Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb. Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır”, – deyə dövlət başçısı vurğulayıb.
Digər xəbərlər
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin bir hissəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə köçürüləcək
Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə də vəsait köçürüləcək. Bu, Prezident İlham Əliyevi...
Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib
Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. Kanal8-in xəbərinə görə, bununla bağlı Prezident İl...
29 marta qədər ödənişi edilmiş avtomobillərin Azərbaycana gətirilməsinə icazə veriləcək - RƏSMİ
Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsini...
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Kanal8 xəbər verir k...
Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı açıqlanıb
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib. Komissiyanın növbəti toplantısı aprelin 5-də...
Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib
“Çin ordusu Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlığı gücləndirəcək”. TASS xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei deyi...
Bu yolda hərəkət məhdudlaşdırılacaq
2 aprel saat 08:00-dan saat 22:00–dək Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolunda dəmir yolu xətti üzərində aparılacaq təmir işləri ilə əlaqəda...
“The Wall Street Journal”ın əməkdaşı Rusiyada saxlanılıb
Amerika Birləşmiş Ştatlarının “Wall Street Journal”ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb. Bu barədə Rusiya Federal ...