May 7, 2020

“Uşaq Qaynar Xətti”-ə son 1 ayda 756 zəng daxil olub

“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti aprel ayının nəticələri ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, bu ilin aprel ayında mərkəzə 756 zəng daxil olub. “Azercell Telekom” MMC tərəfindən yaradılan və dəstəklənən bu xidmətə daxil olan zənglərin əksəriyyəti – 423 müraciət təhsillə əlaqədardır. Uşaq Qaynar Xəttinə sosial məsələlərlə bağlı 98, səhiyyə ilə bağlı 66, psixoloji problemlərlə bağlı 51, hüquqi prosedurlarla əlaqəli 44 müraciət daxil olub. Daha 74 müraciət isə bu kateqoriyalara aid edilməyən fərqli məsələlərə dair olub. Müraciətlərin 665-i ilkin, 91-i isə təkrarən daxil olub. Zəng edənlər arasında qızlar nisbətən üstünlük təşkil edir – müraciət edənlərin 425-i qızlar, 326-sı oğlanlar olub. 5 şikayət sms üzərindən qeydə alındığından müraciətçilərin cinsləri müəyyən olunmayıb. Uşaqlar üçün Qaynar Xəttə müraciət edənlərin təxminən 85%-i yaşı 18-dən yuxarı şəxslər olub.

Ölkəmizdə COVID-19 virusunun yayılmasının önlənməsi məqsədilə karantin rejimi tətbiq olunduğundan, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları fəaliyyətlərini evdən davam etdiriblər. Qaynar Xətt xidmətinin 116111 qısa nömrəsi mobil telefona yönləndirilib və müraciətlər 7/24 saat mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılıb. Ay ərzində mərkəzin mobil nömrələrinə 712, şəhər telefonuna 18 zəng daxil olub, 26 müraciət isə SMS vasitəsilə qeydə alınıb.

Aprel ayı boyu karantin rejiminin davam etməsinə baxmayaraq, mərkəz əməkdaşları 6 ailəyə baş çəkiblər. Ziyarət zamanı ailədəki uşaqlarla tanış olublar, onların problemlərini dinləyiblər, məsələnin araşdırılması və təcili dəstəyin göstərilməsi üçün aidiyyətı qurumlara məktublar göndəriblər. Aprelin 29-dan etibarən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində fərdi konsultasiyaların keçirilməsi, reabilitasiyaya cəlb olunmuş ailələrlə görüşlərin təşkili qismən bərpa olunub.

Son ay ərzində qaynar xəttin mediada təbliği istiqamətində də addımlar atılıb. Mərkəzin əməkdaşları yerli televiziya kanallarında çıxışlar edərək mövcud problemlərdən danışıblar, maarifləndirməyə diqqət yetiriblər. Media orqanlarında uşaqların evdə səmərəli vaxt keçirməsi, onların özgüvən problemi, koronavirusdan qorunma və digər önəmli mövzularda müzakirələr aparılıb. Eyni zamanda, sosial şəbəkələrdə də fəaliyyət genişləndirilib, canlı yayımlar təşkili olunub.

Ümumilikdə, 2020-ci ilin ilk 4 ayı ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2069 müraciət daxil olub.

Qeyd edək ki, “Azercell Telekom” MMC-nin dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 7/24 rejimi ilə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.


Digər xəbərlər


İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərənca...

Bir qrup hərbi qulluqçuya ali hərbi rütbələr verildi — SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam verib. ...

Erməni hərbçilər qəzaya düşdülər: Ölən və yaralılar var

İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində hərbçiləri daşıyan Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı avtomobillə “Mer...

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq — SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, sabah, 26 ...

Çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıblar — SHXÇDX

İyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi X...

Sabah 33 müntəzəm marşrut xətti üzrə avtobuslar alternativ yolla hərəkət edəcək

26 İyun — Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə əlaqədar hərbi orkestrlərin Bakı şəhərinin küçə və prospektlərində, 5 marşrut üzrə...

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Ş...

Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti təşkilatçılığı ilə bu gün ilk dəfə olaraq Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm avtobus reysi həyata keçiri...