May 8, 2020

Azərbaycanda tədris mərkəzinin direktoru tutulub

Ölkəmizdə iqtisadiyyatın uğurlu inkişafının təmin edilməsi məqsədilə qeyri-neft sektorunun davamlı və rəqabət qabiliyyətliliyinin, kiçik və orta biznesin stimullaşdırılması istiqamətində kompleks, siyasi və sosial tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bununla belə, bəzi sahibkarların vergi və sosial sığorta ödənişlərindən yayınmaları nəticəsində iqtisadiyyatın inkişafına kölgə sala biləcək korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Belə tədbirlərdən biri kimi, “Jalal-İ” tədris mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət yolxlanılıb.

Araşdırmalarla tədris mərkəzinin vergi orqanlarında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmamasına, mərkəzin direktoru Cəlal Məhərrəmovun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanlarında dövlət qeydiyyatından keçməklə həmin tədris mərkəzinin fəaliyyətini təşkil etməsinə, 12 repetitor müəllimlə hər birinə 250 manat məbləğində aylıq əməkhaqqı müəyyən edilməklə əmək müqaviləsi bağlamasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin, mərkəzdə təhsil alan tələbələrin təhsil haqlarını nağd qaydada ödəməsinə, müəllim və digər işçilərin əmək haqlarını C.Məhərrəmovun 2018-2020-ci illər üzrə qeydiyyat jurnallarına imza etməklə nağd qaydada götürmələrinə şübhələr üçün əsaslar müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən mərkəzə məxsus baş ofisdə və filiallarda, habelə C. Məhərrəmovun avtomobilində və yaşayış yerində axtarış aparılmış, mərkəzin fəaliyyəti ilə əlaqədar sənədlər, pul vəsaitlərinin qəbul edilməsi və verilməsi haqqında jurnallar, mühasibatlıq sənədləri və texniki vasitələr aşkar edilərək götürülüb.

Toplanmış materiallarda C.Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işə qəbul etdiyi müəllimlər və digər işçilərlə əmək müqaviləsi bağlamamasına, tələbələr tərəfindən ödənilən təhsil haqlarını bank vasitəsilə deyil nağd qaydada qəbul edərək vergi və sosial sığorta ödənişlərindən yayındırılmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən ediməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər


“Mədəniyyət” televiziyasına yeni direktor təyin olunub

«Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” telekanalına yeni direktor təyin olunub. «AzTV»nin sosial media və ictimaiyy...

“NATO Rusiyanı saymır” — Lavrov

“Çoxdandır Rusiya ilə NATO-nun mənzil qərargahı arasında informasiya mübadiləsi yoxdur. Bununla belə, Moskva alyansla danışıqlara hazır idi. Laki...

Azərbaycanda koronavirusa yoluxma 2000-i keçib — 15 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanınd...

Super qrip sürətlə yayılır

Epidemiya zamanı bitmiş hesab edilən qrip fərqli bir şəkildə ortaya çıxıb. Xəstəliyə yoluxanların koronavirus testlərinin nəticəsi mənfi olsa da,...

İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik — BNA

Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyy...

İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏYİB

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadil...

Təminat xərcliyinin hesablanması qaydaları vergi işçilərinə də aid ediləcək

Nazirlər Kabineti 27 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcl...

Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb — Nazirlik

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb. Bu barədə Kanal8-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.Məlumatda qey...