May 8, 2020

Bakı Metropoliteni sabahdan fəaliyyətini bərpa edir – RƏSMİ

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.

Bu barədə Kanal8 Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.

Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.


Digər xəbərlər


Bakı məktəblərində dezinfeksiya işlərinə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib. Bu barədə Kanal8-ə İ...

Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub

Ağdərə rayonunun yaradılmasının parlamentdə müzakirəyə çıxarılacağı tarix məlum olub. Kanal8 xəbər verir ki, “Azərbaycan Respublikasının Ağdər...

Baş Qərargah rəisi yüksək dağlıq ərazidə yerləşən hərbi hissələrin döyüş hazırlığını yoxlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri...

İsrail ordusu HƏMAS-ın 400-dən çox hədəfinə zərbə endirib

İsrail ordusu HƏMAS-la atəşkəs başa çatdıqdan sonra Qəzza bölgəsində 400-dən çox hədəfə zərbə endirib. TASS xəbər verir ki, xəbəri ordunun mət...

Türkiyədə terror təşkilatına qarşı əməliyyat keçirilib - 88 nəfər saxlanılıb

Türkiyədə terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıql...

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır

Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayı...

Azərbaycana təhlükəli dərman gətirilir - Rəsmi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərkibində təhlükəli kimyəvi maddə aşkarlanan bioloji aktiv qida məhsulu ilə bağl...

Baş nazir Şuşa ilə bağlı tapşırıq verib

Baş nazir Əli Əsədov Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə qurumlara tapş...