May 8, 2020

Bakı metrosundan istifadə qaydaları açıqlandı – RƏSMİ

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti 9 may 2020-ci il tarixindən bərpa olunur. Metropoliten stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi rejimli karantin müddəti başa çatana qədər Bakı metropoliteninin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar, tapşırıq və tövsiyələrinə uyğun təmin ediləcək.

Qeyd olunanları rəhbər tutaraq metropolitendən istifadə edən sərnişinlərin nəzərinə çatdırılır:

  1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı Qərarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudiyyətlərin yumşaldılması ilə bağlı verdiyi qərarlara uyğun olaraq, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcəkdir.

3.Metropoliten stansiyalarının girişlərində zərurət olduğu təqdirdə sərnişinlərin hərarəti müvafiq tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq.

4.Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, minimum intervalla təmin olunacaq.

5.Sosial məsafənin qorunmasını təmin etmək məqsədilə audio, vizual, statik məlumatlandırma üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq.

6.Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olması məqsədilə stansiyaların giriş sahələrində istiqamətləndiricilər qoyulacaq.

7.Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq.


Digər xəbərlər


Azərbaycan Ordusu şərti düşmənin hava hədəflərini zenit-raket kompleksləri ilə məhv edib

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub. Bu barədə Müdafiə Nazirliyi ...

300 dollarlıq gömrük limiti azaldılır?

Son günlər şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin 2 dəfə azaldılacağı ilə bağlı məlumatlar yayılıb. ...

“WhatsApp”da foto və videoların keyfiyyəti itməyəcək - YENİLİK

“iPhone” üçün “WhatsApp”ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir. Bu barədə messencerdə dəyişikliklə...

İsrail HƏMAS-ın tunel şəbəkəsini su ilə basacaq

İsrail HƏMAS-ın tunel sistemini su ilə vurmaq istəyir. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Bildirilib ki, ...

Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Ordusunun bölmələri tərəfindən dekabrın 4-ü saat 14:35 radələrində Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış ...

Son həftə Azərbaycanda 20 nəfər koronavirusa yoluxub - 4 nəfər ölüb

Azərbaycanda son 1 həftə ərzində (27 noyabr-3 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. ...

"Qarabağ"ın Xankəndidəki oyununa azarkeşlərin aparılmasına qərar verilib

“Qarabağ”ın dekabrın 21-də ölkə kubokunun 1/8 final mərhələsinin MOİK-lə görüşünü Xankəndidə keçirəcəyi haqda xəbər vermişdik. Gör...

İsrail ordusu HƏMAS-ın komandirini öldürüb

İsrail ordusu HƏMAS-ın komandirlərindən biri olan Heitham Huvajarini öldürüb. Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Qeyd olunub k...