May 8, 2020

DİN-dən vətəndaşlara tibbi maska və ara məsafə xəbərdarlığı

Məlumat verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Bu barədə Kanal8-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Qeyd edilməlidir ki, dövlətin həyata keçirdiyi əlaqədar tədbirlərdən irəli gələn tələblərə vətəndaşlar tərəfindən ümumən əməl edilsə də, son günlər ictimai yerlərdə tibbi maskadan istifadə edilməməsi, sosial məsafənin gözlənilməməsi kimi infeksiyanın yayılmasına şərait yaradan halların artması müşahidə edilir. Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur”, – məlumatda bildirilib.


Digər xəbərlər


Mehriban Əliyeva İsmayıllının Basqal qəsəbəsindən fotolar paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsindən fotolar ...

İlham Əliyev və Mehriban Əliyeva “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tikinti-bərpa işləri ilə tanış olublar

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Mem...

Mehriban Əliyeva Basqal qəsəbəsinə səfərdən video paylaşıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən v...

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdən görüntülər paylaşıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Prezident İlham Əliyevlə Qobustan rayonuna səfərdən görüntülər p...

İlham Əliyev və Mehriban Əliyeva Qobustan rayonunda “Diri Baba” türbəsində aparılan yenidənqurma işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər ediblər. Dövlətimi...

Mehriban Əliyeva və Leyla Əliyeva Konyada Mövlanə muzeyini ziyarət ediblər (FOTO)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 9-da Türki...

İlham Əliyev: Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır

Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşüb onlarla söhbətləşirəm. Bu dəfə də istisna deyil. Bu dəfə V İslam Həmrəyli...

İlham Əliyev və Mehriban Əliyeva Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüblər

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam H...