May 8, 2020

Elmar Məmmədyarov: “Bölgəmizdə nasistlərlə əməkdaşlıq edənlərin qəhrəmanlaşdırılmasından ciddi narahatıq”

“Faşizm əleyhinə koalisiyanın bütün üzvləri kimi, Azərbaycan da qələbə üçün böyük töhfələr və qurbanlar verib. Azərbaycan 640 mindən çox cəsur kişi və qadınını cəbhəyə göndərdi. Onların təxminən yarısı evlərinə qayıtmadı. Milli Azərbaycan bölmələri Avropa ölkələrində də nasizmə qarşı mübarizədə nümunəvi bir cəsarət nümayiş etdirdi”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal8-ə verilən məlumata görə, bu sözləri Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov “Avropa torpağında İkinci Dünya müharibəsinin bitməsindən 75 il sonra – gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti” mövzusunda Arria-formulu üzrə keçirilən yüksək səviyyəli iclasda səsləndirib.

Nazir bildirib ki, qələbə yalnız döyüş bölgəsində deyil, arxa bölgələrdə də əldə edilib. Qısa müddət ərzində Azərbaycan döyüş sursatı və silah istehsalına başlayıb, döyüş bölgələrindən köçürülmüş sənaye obyektlərinin fəaliyyət göstərməsinə şərait yaradılıb. Müharibə dövründə Sovet İttifaqında istehsal olunan neftin dörddə-üçü və aviasiya yanacağının 90 faizini təmin etməklə Azərbaycan müharibədə qələbəyə əvəzsiz töhfə verib.

“Nasizm üzərində qələbə üçün çox şeyi qurban verən və İkinci Dünya müharibəsinin dəhşətlərini xatırlayan bir ölkə olaraq, biz bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada, o cümlədən abidə və memorialların ucaldılması yolu ilə qəhrəmanlaşdırılması hallarından ciddi narahatıq. Ölkəmiz BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və biz hesab edirik ki, o, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Təəssüf hissi doğurur ki, tarixin bizə keçdiyi acı dərslərə baxmayaraq, BMT Nizamnaməsində təsbit olunmuş prinsiplər, xüsusən dövlətlərin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı hədə və ya güc tətbiq edilməsinin qadağan edilməsi pozulmaqda davam edir və bununla da dünyanın bir çox yerində sülh və təhlükəsizliyə xələl gətirir”, – Elmar Məmmədyarov belə deyib.

O qeyd edib ki, Avropada nasizm üzərində Qələbə Mayın 8-də qeyd olunsa da, bu tarix, həmçinin 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qədim Şuşa şəhərinin işğal olunaraq, etnik təmizləməyə məruz qaldığı gündür və ölkəmin tarixində faciəli günlərdən birini təşkil edir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin təqribən beşdə-birini təşkil edən Dağlıq Qarabağ bölgəsi və qonşu rayonlar artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Yüz minlərlə azərbaycanlı zorla öz evlərindən didərgin düşüb və işğal nəticəsində məcburi köçkünə çevrilib. Azərbaycan ərazilərinin işğalı ilə bağlı, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edildi. Bu qətnamələrin hələ də yerinə yetirilməməsi təəssüf doğurur.

Məcburi tələbləri ehtiva edən Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və bu, Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas vəzifəsinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz. Bu gün yeni vəhşiliklərin qarşısını almaq üçün II Dünya Müharibəsindən əldə olunan dərsləri və Təhlükəsizlik Şurasının məsuliyyətini müzakirə edərkən Birləşmiş Millətlər Təşkilatının əsas qurumlarının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini, eləcə də bunun üçün cavabdehliliyi bir daha vurğulayırıq”.


Digər xəbərlər


Azərbaycan-İran sərhədində aşkarlanan minaların sayı açıqlandı — FOTO

Vətən müharibəsində dövlətimizin ərazi bütövlüyünün təmin olunmasından, o cümlədən Ermənistanla dövlət sərhədinin işğaldan azad edilməsindən sonr...

Azərbaycana xüsusi təlim keçmiş iki minaaxtaran it gətirilib

Bosniya və Herseqovinada Minaaxtaran İt Mərkəzində xüsusi təlim keçmiş iki minaaxtaran it Azərbaycana gətirilib. Bu barədə Azərbaycan Respubli...

Bu tarixdən temperatur 4-7 dərəcə enəcək — XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya ...

Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi q...

FHN-in Zığdakı hospitalının sabiq baş həkiminin məhkəməsində şahidlər dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının həbsdə olan sabiq baş həkimi İmran...

Ötən ilin noyabrından indiyədək 18 min hektardan çox ərazi təmizlənib — ANAMA sədri

2020-ci il 10 noyabr üçtərəfli bəyanatından indiyədək 18 min hektardan çox ərazi təmizlənib. Kanal8-in məlumatına görə, bunu Azərbaycan Respub...

Bakı sakinləri eyvanlarından İlham Əliyev və Mehriban Əliyevanı salamladılar (FOTO)

Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkə...

Azərbaycanın vaksin pasportları bu ölkədə tanınacaq

Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd pasportlarını tanıyıb.Bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyin...