May 8, 2020

İmtahan proqramlarından çıxarılan mövzular açıqlanıb

Buraxılış və qəbul imtahanları proqramlarından çıxarılan mövzuların siyahısı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək.

Bu barədə DİM-dən Kanal8-ə verilən xəbərə görə, qeyd edilib ki, mövzuların siyhasının yaxın günlərdə yerləşdiriləcəyi nəzərdə tutulub: “Qəbul proqramlarında hansı mövzulardan suallar düşəcəyi göstərilir. Proqramdan çıxarılan mövzuların siyahısının DİM-in saytına yerləşdirilməsində məqsəd abituriyentlər kömək etməkdir. Abituriyentə çətinlik olmaması üçün DİM-in saytında göstəriləcək ki, qəbul proqramlarında martdan sonrakı mövzular bunlar idi, onlardan hansıları proqramdan çıxarılıb. Dərslikdə olan bütün mövzular proqramda olmur. Proqram qısa formada hazırlanır.

Ona görə də proqramdan çıxarılan mövzuların siyahısı veriləcək ki, şagirdlər həmin mövzulardan hazırlaşmasın. Bu, şagirdlərin işini asanlaşdırmaq üçündür”.


Digər xəbərlər


Bakı-Sumqayıt qatarında yeni hərəkət cədvəli tətbiq edilir

Sabahdan etibarən Bakı-Sumqayıt qatarında yeni hərəkət cədvəli tətbiq ediləcək. Bu barədə Kanal8-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblə...

Ombudsman Ermənistandan olan silahlı qrupun üzvlərinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexani...

Mayın 3-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən mayın 3-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Kanal8 xəbər verir ki, Nazirlər Kabineti...

GUAM PA-ya sədrlik Azərbaycandan Gürcüstana keçib

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib. Milli Məclisdən Kanal8-ə verilən məlumata ...

Düşmən Ağdamı atəşə tutub, dağıntılar var- VİDEO

Dünən gecə Ağdam rayonunun Çəmənli kəndi ermənilər tərəfindən atəşə məruz qalıb. Kanal8-in cəbhə bölgəsindən müxbiri xəbər verir ki, Ağdama 150-ə ...