May 9, 2020

Heydər Əliyev Fondu Böyük Vətən müharibəsi veteranlarını evlərində təbrik edib

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu dəfə də 9 May – Qələbə Günündə Böyük Vətən müharibəsi veteranları ilə birgə olub. Koronavirus pandemiyası ilə əlaqədar Qələbə Gününün 75-ci ildönümü təntənəli bayram tədbirləri ilə qeyd olunmadığından veteranlarımız bu il fərqli formatda təbrik edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət olunub.
9 May – Qələbə Günü münasibətilə təbrik edilən müharibə iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib.
Bununla yanaşı, respublika üzrə 256 veteranın evində bayram süfrəsi qurulub, həmçinin onlara Heydər Əliyev Fondunun sovqatları çatdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın veteranlarımızın qayğılarını daim diqqətdə saxladıqları qeyd olunub və böyük Qələbənin qazanılmasında hünər göstərən həmvətənlərimiz bir daha bayram münasibətilə təbrik edilib.


Digər xəbərlər


Çavuşoğludan Zəngəzur dəhlizi barədə — Açıqlama

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistana gedib. Kanal8 xəbər verir ki, nazir bu barədə Tvitter hesabında paylaşım edib. “...

Agentlikdən döyülən sürücü ilə bağlı AÇIQLAMA

27 noyabrda “Faiqoğlu” şirkətinin müvəqqəti istismarında olan 114 nömrəli müntəzəm marşrut üzrə hərəkət edən 10 TG 820 dövlət qeydiyyat nişanlı a...

Füzulinin Qoçəhmədli kəndinin görüntüləri

Müdafiə Nazirliyi Füzuli rayonunun Qoçəhmədli kəndindən videogörüntülər yayıb. Kanal8 görüntüləri təqdim edir: ...

Bakının bəzi küçələri bağlanıb

«Noyabrın 27-i saat 8:00-dan noyabrın 28-i saat 18:00-a kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində və Nəsimi rayonu, Rəşid Mə...

DYP sürücülərə müraciət edib

«Son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə olması, bəzi ərazilərdə bu səbəbdən ...

Uşaqlarını tək böyüdən qadınların işlə təminatı üçün sosial müəssisə yaradılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və “Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı, İnter...

Nazirlik: «Bu günə qədər 30 minə yaxın şəxsə əks-göstəriş sertifikatı verilib»

Səhiyyə Nazirliyi bu günə qədər koronavirus əleyhinə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatı alan şəxslərin sayını açıqlayıb. Nazirlikdən...

Bayden pandemiyanın bitəcəyi vaxtı AÇIQLAYIB

Pandemiya bütün dünyada peyvənd edilməyincə bitməyəcək. Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib. Bayden deyib ki, koronavirusun yeni...