May 9, 2020

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert proqramı hazırlanır. Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə Heydər Əliyev Mərkəzində tamaşaçısız zalda həyata keçirilib.

Kanal8 xəbər verir ki, layihə dizayn və texniki həll baxımından maraqlı cəhəti ilə fərqlənir. Belə ki , Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası üzvlərinin çıxışları hər biri ayrılıqda çəkilib, Heydər Əliyev Mərkəzinin Auditorium zalındakı solo çıxışlarla sinxronlaşdırılıb. Konsertdə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Ənvər Sadıxov, Əməkdar artistlər Sevda Ələkbərzadə, Fərqanə Qasımova, Sahib Paşazadə, Şəhriyar İmanov, tanınmış opera müğənnisi Azər Zadə, skripka ifaçısı Ceyla Seyidova, “Natiq” Ritm Qrupu və digərləri iştirak edir.

Eləcə də xarici ölkələrdə yaşayan bir sıra azərbaycanlı incəsənət ustaları – Xalq artistləri Əlixan Səmədov, Elçin Əzizov və Dinarə Əliyeva, mahir pianoçu Etibar Əsədli də konsert proqramına virtual olaraq qoşulub.

Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə keçən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq. Hazırda çəkiliş prosesi gedən konsert proqramı mayın 10-da Azərbaycan Televiziyası ilə yayımlanacaq.


Digər xəbərlər


Paytaxtda iki avtobus qəzası — Xəsarət alan var

Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı i...

ANAMA-dan vətəndaşlara XƏBƏRDARLIQ

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Kanal8 xəbər verir ki, xəbərdarlıqda deyili...

“Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişiklik təsdiqlənib

Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. K...

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb

Azərbaycan ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən Kanal8-ə verilən məlumata görə, ötən ili...

Azərbaycan Ordusunun bölük komandirləri ilə təlim toplanışları keçirilib

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib. Bu barədə Kan...

Ərdoğan Albaniyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyaya rəsmi səfərə yollanıb. “TRT Haber” xəbər verir ki, Ərdoğan Albaniyanın Baş naziri Edi Raman...

DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb. BDYPİ-dən Kanal8-ə daxil olan açıqlamada de...

20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

“Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti...