May 9, 2020

XİN-dən Paşinyanın Dağlıq Qarabağa səfərinə sərt reaksiya

Beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycan ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüququnu pozan, eləcə də faşist canilərinin qəhrəmanlaşdırılmasını həyat normasına çevirən bir ölkənin baş nazirinin “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir.

Kanal8 xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə “Qələbə gününü” qeyd etmək məqsədilə səfərinə münasibət bildirərkən deyib.

“Başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması tələbini heçə sayaraq Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “qələbə” nitqi ilə çıxış edən N.Paşinyan yəqin dərk edir ki Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandıran bu məsuliyyətsiz davranış, münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir.

Ermənistan rəhbərliyinin bu davranışı təcavüzkar ölkənin münaqişənin həlli üzrə aparılan danışıqlarda, işğalçı ölkəyə xas olan saxtakar mövqe nümayiş etdirdiyini və onun yeganə məqsədinin işğala əsaslanan təhlükəli status-kvo vəziyyətinin möhkəmlənməsi olduğunu aydın göstərir.

Lakin xatırladırıq ki, Ermənistanın bu niyyəti heç zaman reallaşmayacaq. Beynəlxalq hüquq, beynəlxalq ədalət və beynəlxalq ictimaiyyətin birmənalı şəkildə dəstəklədiyi Azərbaycan ərazilərini işğaldan azad edəcək və beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Münaqişənin həllinin və bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının digər yolu yoxdur”, – XİN rəsmisi vurğulayıb.


Digər xəbərlər


“NATO Rusiyanı saymır” — Lavrov

“Çoxdandır Rusiya ilə NATO-nun mənzil qərargahı arasında informasiya mübadiləsi yoxdur. Bununla belə, Moskva alyansla danışıqlara hazır idi. Laki...

Azərbaycanda koronavirusa yoluxma 2000-i keçib — 15 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanınd...

Super qrip sürətlə yayılır

Epidemiya zamanı bitmiş hesab edilən qrip fərqli bir şəkildə ortaya çıxıb. Xəstəliyə yoluxanların koronavirus testlərinin nəticəsi mənfi olsa da,...

İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik — BNA

Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyy...

İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏYİB

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadil...

Təminat xərcliyinin hesablanması qaydaları vergi işçilərinə də aid ediləcək

Nazirlər Kabineti 27 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcl...

Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb — Nazirlik

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb. Bu barədə Kanal8-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.Məlumatda qey...

Zərərçəkmiş: “Ata Abdullayev şantaj yolu ilə məndən 10 min manat istədi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdi...