May 11, 2020

Azərbaycan çempionatı ləğv olundu – RƏSMİ

Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

Kanal8 xəbər verir ki, qurum rəsmi “Feysbuk” səhifəsi vasitəsi ilə AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmaması barədə qərar verdiyini açıqlayıb.

Nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020 mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən, klublara heç bir mükafat verilməyəcək.

Digər qərara görə isə 2020/2021 mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl”in Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.

Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımi şərait yaradılıb.

Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Uels -İsveçrə oyununa baxıblar

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Kanal8 xəbər verir ki, Azə...

Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verilib

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xər...

İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığ...

İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli sə...

DİN azarkeşlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib. Kana...

Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeo...

Nazirlik 1 448 müəllimlə bağlı QƏRAR VERİB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb. Təhsil Nazirliyin...

Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Ka...