May 11, 2020

Qubada körpü uçdu – FOTOLAR

Son günlər yağan aramsız yağışlar nəticəsində Quba rayonunun Çayqışlaq kəndini iki hissəyə ayıran Şabrançay üzərində yerləşən körpünün uçması ilə bağlı məlumat daxil olub.

Kanal8 Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal əraziyə FHN-in aidiyyəti qurumlarının mütəxəssisləri cəlb edilib, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri hadisə yerinə gəlib.

Mütəxəssislər tərəfindən müəyyən edilib ki, körpü keçidi 2017-ci ildə kənd sakinləri tərəfindən primitiv qaydada 2 ədəd uzunluğu 12 metr, eni 1,5 metr olan plitələr üzərində kənddaxili gediş-gəliş məqsədilə quraşdırılıb. Sel nəticəsində blokların altı yuyulub və körpü keçidi çöküb.

Kənd əhalisinin hazırda rayon mərkəzi, eləcə də digər yaşayış məntəqələri ilə gediş-gəlişində bir problem yoxdur. Körpünün tikinti norma və tələblərinə uyğun yenidən inşası üçün məsləhətləşmələr aparılır.


Digər xəbərlər


“NATO Rusiyanı saymır” — Lavrov

“Çoxdandır Rusiya ilə NATO-nun mənzil qərargahı arasında informasiya mübadiləsi yoxdur. Bununla belə, Moskva alyansla danışıqlara hazır idi. Laki...

Azərbaycanda koronavirusa yoluxma 2000-i keçib — 15 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2102 nəfər yoluxub, 863 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanınd...

Super qrip sürətlə yayılır

Epidemiya zamanı bitmiş hesab edilən qrip fərqli bir şəkildə ortaya çıxıb. Xəstəliyə yoluxanların koronavirus testlərinin nəticəsi mənfi olsa da,...

İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik — BNA

Bakıda şəhərdaxili marşrut avtobuslarında gediş haqlarının bahalaşacağı ilə bağlı məlumatlar yayılır.Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyy...

İlham Əliyev Türk Şurasına üzv dövlətlərlə vacib memorandumu TƏSDİQLƏYİB

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadil...

Təminat xərcliyinin hesablanması qaydaları vergi işçilərinə də aid ediləcək

Nazirlər Kabineti 27 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcl...

Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb — Nazirlik

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb. Bu barədə Kanal8-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.Məlumatda qey...

Zərərçəkmiş: “Ata Abdullayev şantaj yolu ilə məndən 10 min manat istədi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdi...