May 12, 2020

“EuroHome”dakı yanğının təfərrüatları məlum oldu – RƏSMİ

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında dünən gecə saatlarında baş verən yanğınla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumatda bildirilir ki, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub: “Zəng daxil olandan 6 dəqiqə sonra – saat 22:57-də Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının mürəkkəbliyinə, ərazidə xeyli miqdarda asan alışan və yüksək yanğın risk qrupuna aid mal-materialların yığılmasına baxmayaraq, yanğınsöndürmə qüvvələrinin hadisəyə operativ müdaxiləsi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının daha geniş əraziyə yayılması və daha böyük fəsadların qarşısı alınaraq qısa müddətdə məhdudlaşdırılıb söndürülməsi təmin edilib.

Yanğınsöndürmə işləri ilə yanaşı, bazarda olan mal-materialların yanğından mühafizəsi məqsədilə FHN qüvvələri tərəfindən yanğın zonasından kənarlaşdırılması təmin edilib.

Qeyd edək ki, yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.

Yanğının başvermə səbəbi araşdırılır”.


Digər xəbərlər


Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Er...

Tanınmış telejurnalist həkimi məhkəməyə verib

Tanınmış telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib. Kanal8-in xəbərinə görə, iddia ərizəsində qeyd olunub ki, G. Gözəlovanın həyat y...

Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib (FOTO)

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika mü...

Rusiya Prezidenti İlham Əliyevə təşəkkür edib

“Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır”. Kanal8 xəbər verir ki, bu sözləri Rusiya Federasiyası...

İlham Əliyev: Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik

Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Kanal8 xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyada Vla...

Azərbaycan və Rusiya prezidentlərinin görüşü başlayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə g...

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. K...

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublik...