May 12, 2020

Ləğv edilmiş banklarda kreditləri olanlar üçün bank hesablarının rekvizitləri açıqlanıb

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Amrahbank” ASC və “Atabank” ASC müflis elan edilərək iflas proseduruna başlanıb.

Bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir.

Belə ki, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “Amrahbank” və “Atabank”ın ləğvedicisi təyin edilib.

Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş iki bankın qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Amrahbank” və “Atabank”ın Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Amrahbank” və “Atabank”ın baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “Milliön” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

LPO “Amrahbank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 480-28-39.

LPO “Atabank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 497-87-00.

Qaynar xətt – 136.


Digər xəbərlər


Neftin son qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelin...

Pensiyaları aşağı məbləğdə hesablanan 12 mindən çox şəxsə əlavə vəsait ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam...

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Kanal8-in məlumatına görə, 2021-ci ilin mayın 4-də ABŞ doll...

Mayın 8-də pensiyaların ödənişi tam yekunlaşacaq

Mayın 8-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Kan...

“Manatın məzənnəsinə hansısa təzyiq yoxdur” — Elman Rüstəmov

“Valyuta bazarında tarazlıq hökm sürür və tam stabildir”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən onlayn mətbuat konfransınd...

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyə...

Aprelin 23-də ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Aprelin 23-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. ...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...