May 12, 2020

Ünvanlı sosial yardımın müddəti azaldılır – Yeni qərar

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Kanal8 xəbər verir ki, iclasda “Ünvanlı dövlət sosial yardımı haqqında” (birinci oxunuş) qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Komitə sədri Musa Quliyev bildirib ki, 2005-ci ildə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunub: “2006-cı ildən bu qanun qüvvədədir. Sonra bu qanunda bir sıra əlavə və dəyişikliklər olub. Bu gün qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır.

Qeyd edilib ki, təqdim olunan qanun layihəsində 15 maddəyə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım alanların dövlət proqramına əlçatanlığı daha da genişlənsin. Digər düzəliş ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən 2 illik müddət artıq bir ilə endirilir. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.

Qanun layihəsinə əsasən, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünüməşğulluğa yönləndilməsi proqnozlaşdırılır. Müzakirələrin sonunda “Ünvanlı dövlət Sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Digər xəbərlər


Neftin son qiyməti

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelin...

Pensiyaları aşağı məbləğdə hesablanan 12 mindən çox şəxsə əlavə vəsait ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu ötən illərdə təyin olunmuş pensiyaların məbləğlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını davam...

Mərkəzi Bankdan dollarla bağlı AÇIQLAMA

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Kanal8-in məlumatına görə, 2021-ci ilin mayın 4-də ABŞ doll...

Mayın 8-də pensiyaların ödənişi tam yekunlaşacaq

Mayın 8-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Kan...

“Manatın məzənnəsinə hansısa təzyiq yoxdur” — Elman Rüstəmov

“Valyuta bazarında tarazlıq hökm sürür və tam stabildir”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən onlayn mətbuat konfransınd...

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyə...

Aprelin 23-də ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Aprelin 23-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. ...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...