May 13, 2020

Daxili İşlər Nazirliyi metro sərnişinlərinə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) metro sərnişinlərinə növbəti dəfə xəbərdarlıq edilməsi barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumatda deyilir:

“Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 9-undan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.

Qeyd edək ki, polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsiliyyətə cəlb olunurlar.

Daxili İşlər Nazirliyi sərnişinlərin diqqətinə bir daha çatdırır ki, müvafiq metodiki göstərişlərə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri tətbiq olunacaq”.


Digər xəbərlər


Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Er...

Tanınmış telejurnalist həkimi məhkəməyə verib

Tanınmış telejurnalist Günel Gözəlova həkimi məhkəməyə verib. Kanal8-in xəbərinə görə, iddia ərizəsində qeyd olunub ki, G. Gözəlovanın həyat y...

Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib (FOTO)

İyulun 21-də Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika mü...

Rusiya Prezidenti İlham Əliyevə təşəkkür edib

“Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır”. Kanal8 xəbər verir ki, bu sözləri Rusiya Federasiyası...

İlham Əliyev: Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik

Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Kanal8 xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyada Vla...

Azərbaycan və Rusiya prezidentlərinin görüşü başlayıb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə g...

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” hesabında Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. K...

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublik...