May 13, 2020

Milli Şura “üzdəniraq”lara qarşı – video

Milli Şura ilə ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilov arasında ciddi qalmaqal yaşanır.

Belə ki, Cəlilovun YouTube kanalında AXC sədri Əli Kərimlinin ünvanına bir qonağın səsləndirdiyi tənqiddən sonra AXC tərəfdarları Facebookda İsmail Cəlilova hücum edərək onu təhqir ediblər.
Cəlilov buna cavab kimi elə həmin sosial şəbəkədə status yazaraq öz narazılığını bildirib.

Məsələ Milli Şura üzvlərinin Zoom vasitəsi ilə keçirilən onlayn görüşündə də müzakirə olunub. Müzakirə zamanı sabiq millət vəkili Gültəkin Hacıbəyli İsmayıl Cəlilovun qeyri-ənənəvi seksual orientasiyasına eyham vuraraq “üzdəniraq” ifadəsini işlədib. Şuranın digər üzvü Rafiq Manaflı isə Hitlerin bütün qeyri-ənənəvi cinsi orientasiyaya malik insanları öldürməməsinə heyfislənib.

Qeyd edək ki, müzakirə Cəmil Həsənlinin də iştirakı ilə baş tutub və o baş verənlərə qarşı etiraz bildirməyib. Müzakirə zamanı Gültəkin xanım, həmçinin jurnalist Xədicə İsmayılın da adını hallandırıb.

Bu video sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Bir çox istifadəçilər Milli Şuranı tənqid edib, onların hakimiyyətə gələcəyi təqdirdə ölkəni böyük fəlakətlər gözlədiyini yazıblar. Lakin Gültəkin Hacıbəyli və Milli Şuraya haqq qazandıranlar da var.


Digər xəbərlər


Kreml: Putin Qarabağla bağlı üçtərəfli razılaşmaya alternativ görmür

“Prezident üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativin olmadığı fikrinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq v...

Ərdoğanla Roma Papası arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Roma Papası Fransisk arasında telefon danışığı olub. Məlumatı “TRTHaber” yayıb. R.T.Ərdoğanla Pap...

Deputatlar Sankt-Peterburqa səfər edəcək

Milli Məclisin (MM) deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının ...

Hikmət Hacıyev NATO qərargahını ziyarət edəcək

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün N...

ABŞ və Fransa rəsmiləri Qarabağı müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Bu ba...

Ərdoğandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şə...

Rəsmi Bakıdan Ermənistana — Çağırış

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə ed...

Paşinyan-Lavrov görüşü başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlə...