May 14, 2020

Apple şirkəti iPhone istehsalının 5-də 1 hissəsini Çindən Hindistana keçirəcək

Apple şirkəti öz məhsullarının istehsalat prosesinin bir hissəsini Çindən Hindistana keçirtməyi planlaşdırır. Məlumata əsasən, Hindistanda olan Wistron və Foxconn zavodları növbəti 5 il ərzində ümumi qiyməti 40 milyard dollar olacaq iPhone modellərini istehsal edəcəklər. Bu barədə Macrumors saytı xəbər verib.

Bildirilir ki, iPhone modellərinin istehsalatlarınn 1/5 hissəsinin Çindən Hindistana keçirilməsi üçün Apple şirkətinin top-menecerləri artıq bəzi hindistanlı məmurlarla danışıqlar aparıblar. Hindistan hökumətinin təmsilçisinin sözlərinə əsasən Apple şirkətinin bu cür qərarı Hindistanın elektrotexnika istehsalınn stimullaşdırılması sistemi olan PLI ilə əlaqəlidir.

Beləliklə PLI sisteminin üstünlüklərindən istifadə etmək üçün şirkət 2020-2025-ci illər ərzində hər il ümumi dəyəri 10 milyard dollardan az olmayan mobil telefonlar istehsal etməlidir. 2019-cu ildə Apple şirkəti Hindistan bazarı üçün ümumi dəyəri 1.5 milyard dollar olan smartfonlar istehsal etmişdi. Lakin bu göstəricinin yalnız 30%-dən az hissəsi Hindistanın istehsalat gücünün payına düşüb. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018-2019-cu illərdə Apple şirkəti Çində ümumi dəyəri 220 milyard dollar olan məhsullar istehsal edib.


Digər xəbərlər


İyulun 15-də respublika üzrə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin sentyabr müqaviləsinin ...

Bu ərazilərdə iyul ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycanda iki zavod özəlləşdirilməyə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqram...

Əlillik təyin edilən zaman ötürülən vaxta görə də pensiya hesablanacaq

Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində təkrar qiymətləndirmə nəticəsində əlillik yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil ...

İyunun 23-ü bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək

İyunun 23-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub. Kanal8 xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial ...

Xaricdən məhsul sifariş verənlərin nəzərinə: Bağlamaların bəyan edilməsi artıq daha asan olub

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyəti...

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...