May 16, 2020

Dünya liderlərinin çip savaşı – ABŞ, yoxsa Çin qalib gələcək?

“Pandemiyadan əvvəl başlamış ABŞ – Çin rəqabəti kəskinləşərək davam edəcək. Buna işarə edən xeyli gəlişmə belə var”.

Kanal8 xəbər verir ki, bu fikri pandemiya dönəmində baş verən hadisələr və ölkələrin münasibətlərini şərh edən politoloq Şahin Cəfərli deyib.

Şahin Cəfərli bildirib ki, bu rəqabətin əsas istiqaməti texnoloji liderlik uğrunda mübarizədir:

“ABŞ bu sahədə liderliyini qorumağa, Çin isə liderliyi ələ keçirməyə çalışır. İstənilən yüksək texnoloji məhsulun və prosesin qəlbi mikrosxemlər – çiplərdir. Bu sahədə dünyadakı ən iri istehsalçı Tayvanın TSMC (Taiwan Semiconductor Manufacturing Company) şirkətidir. Dünya üzrə çip istehsalının 55%-dən çoxu bu şirkətin payına düşür, “Apple”ın baş təchizatçısı da onlardır. Şirkətin əsas üstünlüyü budur ki, o hazırda ən güclü, ən sürətli və ən nazik mikrosxemlər – 5 nanometr (nM) ölçülü çiplər buraxmağa hazırlaşan yeganə şirkətdir. “Samsung”un da bu uğura çox yaxınlaşdığı barədə xəbərlər var.

ABŞ texnoloji sektoru Asiya bazarından – Tayvanla yanaşı, Çin və Cənubi Koreyadan çox asılıdır. Lakin pandemiya həyati vacib sahələrdə xaricdəki mənbələrdən asılılığın nə qədər riskli olduğunu göstərdi: hətta tərəfdaşlarınızın hər hansı pis niyyəti olmasa belə, sərhədlər bağlana, tədarük zəncirləri qırıla bilər və bir anda o mənbələrdən məhrum qala bilərsiniz. Digər tərəfdən, Tayvan ABŞ-ın müttəfiqi və onun müdafiəsinə hər zaman ehtiyac duyan ölkə olsa da, heç bir qarantiya yoxdur ki, Çin sabah sürətli hücumla öz ərazisi saydığı (“Vahid Çin” prinsipi) Tayvanı ələ keçirməyəcək. Üçüncüsü, sizin üçün strateji əhəmiyyəti olan məhsulun tədarük mənbələrinin kənarda yerləşməsi (o ölkə müttəfiq də olsa) düşmənlərin casusluq yolu ilə oradan texnoloji sirləri oğurlamasını xeyli asanlaşdırır. ABŞ öz ərazisində belə, “know-how”larını qorumağa çətinlik çəkir, o ki qala, ölkə xaricində olsun. Ona görə də bu cür istehsal sahələrinin lokalizasiyası – daxildə yaradılması indi böyük dövlətlər üçün çox mühüm vəzifəyə çevrilib və bilavasitə milli təhlükəsizlik məsələsidir.

Bu səbəbdən ABŞ hökumətinin istəyi ilə TSMC Arizonada 5 nM ölçülü çip buraxacaq müəssisənin tikintisi barədə qərar qəbul edib. Bu layihəyə şirkət 12 milyard dollar sərmayə yatıracaq. Gələcəkdə ultraməhsuldar 2 nM ölçülü çiplərin hazırlanması da planlaşdırılır. Əslində ABŞ-ın “Intel” şirkəti də mikrosxemlər buraxır, amma şirkət bu sahədə bir az geridə qalıb və hələlik 10 nM ölçülü çip hazırlaya bilir.

Mövzuya birbaşa dəxli olan başqa bir önəmli xəbər bundan ibarətdir ki, ABŞ Ticarət Nazirliyi ABŞ texnologiyaları və proqram təminatı istifadə olunmaqla hazırlanan məhsulların Vaşinqtonun lisenziyası olmadan Çinin “Huawei” şirkətinə satışını qadağan edib. Qərar həm də TSMC-yə aiddir, tayvanlılar “Huawei”in də əsas təchizatçısıdır və çinlilərə mikrosxemlər (o cümlədən 5 G üçün) hazırlayır”.

Politoloq qeyd edib ki, bu qərarlar şübhəsiz ki, Çinə ciddi zərbə vuracaq:

“Çin özü çip istehsal edə bilir, lakin onun yarımkeçiricilər sahəsindəki ən iri şirkəti olan SMİC (Semiconductor Manufacturing International Corporation) hələlik 14 nM ölçülü çiplər hazırlaya bilir və TSMC ilə “Samsung”dan geri qalır. SMİC çip bazarında 5%-lik paya malikdir. Çin aradakı fərqi qapatmaq və bu sahənin inkişafı üçün 29 milyard dollarlıq fond yaradıb, SMİC isə 2017-ci ildə TSMC-nin aparıcı mühəndislərindən birini transfer edib.

Təbii ki, Çin ABŞ-ın addımlarını cavabsız qoymayacaq. Pekinin “Apple”, “Qualcomm”, “Cisco” kimi ABŞ texnoloji liderlərinə məhdudiyyətlər tətbiq etməsi, “Boeing” sərnişin təyyarələri almaqdan imtina etməsi gözlənilir. Belə görünür ki, amerikalılar bu itkiləri gözə alıblar”.


Digər xəbərlər


Xaricdən məhsul sifariş verənlərin nəzərinə: Bağlamaların bəyan edilməsi artıq daha asan olub

2021-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan “Smart Customs” tətbiqi öz fəaliyyəti...

Pensiyalar bu tarixə qədər tam ödəniləcək

İyunun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. B...

Bakı, Sumqayıt və Abşeronda yaşayan pensiyaçıların NƏZƏRİNƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə...

Azərbaycan neftinin qiyməti 72 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,95% artıb. Kanal...

Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA — VİDEO

Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlə...

Mərkəzi Bank dollarla bağlı məlumat yayıb

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Kanal8 x...

Dünya bazarında neftin qiyməti

Dünya bazarında neft bahalaşıb. Bu barədə RT məlumat yayıb Belə ki, WTI markalı neftin iyul fyuçersləri 0,59 faiz bahalaşıb və bir barelin ...

Azərbaycanda Vətən Müharibəsi qəhrəmanları “sosial ev” ala biləcəklər

Prezident İlham Əliyevin 4 may 2021-ci il tarixli fərmanı ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən...