May 16, 2020

DTX: Xaricdə terror qruplaşmasına qoşulan şəxs SAXLANILDI – VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilən, 1984-cü il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Adilov Saleh Valeh oğlu Türkiyənin Van şəhərində saxlanılaraq ölkəmizə gətirilib.

Dövlət Təhlükəsizliyi Xidmətindən Kanal8-ə verilən məlumata görə, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub.

2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib.

2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib.

2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib. Hazırda həbs oluan Saleh Adilov barəsində cinayət işi davam etdirilir.


Digər xəbərlər


İlham Əliyev və Mehriban Əliyeva Uels -İsveçrə oyununa baxıblar

İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib. Kanal8 xəbər verir ki, Azə...

Azərbaycanda saxlanılan 15 erməni ölkəsinə təhvil verilib

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xər...

İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığ...

İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli sə...

DİN azarkeşlərə müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib. Kana...

Bazar günü 34 dərəcəyədək isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Milli Hidrometeo...

Nazirlik 1 448 müəllimlə bağlı QƏRAR VERİB

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb. Təhsil Nazirliyin...

Rusiyanın bu şəhərlərindən Bakıya reyslər təşkil ediləcək

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq. Ka...