May 16, 2020

Milli Şuranın hədəfində bu dəfə Altay Göyuşov var

İsmayıl Cəlilov qalmaqalından sonra, Milli Şura üzvləri cəmiyyəti çox intizarda saxlamadı.

Bu dəfə Milli Şura üzvlərinin Altay Göyüşov və Sevinc Osmanqızı arasında yaşanan qalmaqalı müzakirə etdiyi video yayıldı.

Qeyd edək ki, Göyüşov və Osmanqızı arasında aprel ayının sonunda baş vermiş qalmaqal sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu.

Güman edilir ki, indi yayılmış video məhz aprelin sonunda Osmanqızı-Göyüşov qalmaqalının baş verdiyi vaxta təsadüf edir.
Videodan da göründüyü kimi, müzakirəni yenə də sabiq millət vəkili Gültəkin Hacıbəyli açır, daha sonra Altay Göyüşov, Rəhim Hacıyev və Qənimət Zahid tərəfindən təhqir olunur.

Təbii ki, Milli Şura üzvlərinin Göyuşovun ünvanına istifadə etdiyi ifadələri burada işlətməkdən uzağıq və videokadrlarda da senzura tətbiq etmişik.

Şura üzvləri həmçinin, Altay Göyüşovun ciddi psixi problemlərinin olduğunu da iddia edir.

Başqa bir Şura üzvü isə:

“Tərbiyəsiz sözlərin Göyüşovun leksikonunda üstünlük təşkil etdiyini” bəyan edir.

Söhbət əsnasında hüquqşunas Aslan İsmayılovun da adı çəkilir, Milli Şura üzvləri Altay Göyüşov və Aslan İsmayılovun xalq arasında bəyənildiklərindən gileylənir.

Diqqətimizi çəkən maraqlı məqam odur ki, həm bu videoda, həm də Milli Şuranın bundan əvvəl yayılan videosunda provokativ müzakirənin məhz Gültəkin Hacıbəyli tərəfindən başlanması olduğudur.
Professor Altay Göyüşov isə öz Facebook hesabında status yazaraq, olanlara özünəməxsus tərzdə münasibət bildirib.


Digər xəbərlər


Ərdoğandan beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

“İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şə...

Rəsmi Bakıdan Ermənistana — Çağırış

“Yerevan administrasiyasına Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər bölgələrindəki sərhəd rejimi həqiqətini qəbul etmələrini tövsiyə ed...

Paşinyan-Lavrov görüşü başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya Xarici İşlə...

Türkiyə XİN: Latviya parlamentinin «erməni soyqırımı» ilə bağlı qərarını şiddətlə qınayır və rədd edirik

«Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini «soyqırımı» kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən ya...

Bayden və Putin Bakıda görüşə bilər

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü Azərbaycanda baş tuta bilər. Bu barədə ABŞ-ın nüfuzlu “Politico” nəşri məlumat...

Hulusi Akardan Liviya səfərində Azərbaycana dəstək

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar rəsmi səfərdə olduğu Liviyada Azərbaycanın Qarabağ zəfərindən danışıb. Bu barədə “Hürriyet” məlumat y...

Bu gün deputatlar 11 məsələ barədə qərar verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Kanal8-in məlumatına görə, iclasın gündəliyinə aşağıdakı daxildir: «Dini etiqad az...

Hulusi Akar Liviyaya getdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyaya səfərə gedib. Onu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gü...